Bakı Tbilisi Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
İyunun 2-də Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.(Azərtac)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Tezliklə Bakı Tbilisi Qars layihəsinin açılışı olacaq
13 Dekabr 2025 14:02
Bakı Tbilisi Qars dəmir yolu açılır
28 May 2026 09:52
Bakı Tbilisi Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
18 May 2026 18:34
Bakı Tbilisi Qars dəmir yolunda işlər tamamlandı
18 May 2026 20:37
Bakı Tbilisi Qars dəmir yolu xəttinə baxış keçirilib
01 Avqust 2025 17:49
Baxış sayı:199
Bu xəbər 29 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları