Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu: 21ci əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi

Bakı Təşəbbüs Qrupu: 21ci əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə qüvvələrin birləşdirilməsi

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"2023-cü ilin iyulunda Qoşulmama Hərəkatı çərçivəsində Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa və Fransız Qvianası kimi müstəmləkə regionlarının nümayəndələrini birləşdirən Bakı Təşəbbüs Qrupu (BTQ) yaradıldı. BTQ-nin əsas missiyası beynəlxalq norma və prinsiplərə uyğun olaraq, müstəmləkəçiliyə və neokolonializmə qarşı ədalətli mübarizəni dəstəkləməkdir".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri BTQ-nin icraçı direktoru Abbas Abbasov "Sen-Martendə Fransa və Niderlandın müstəmləkə hökmranlığı - bir ada, bir xalq, bir tale" adlı tədbirdə çıxışı zamanı deyib.

Təşkilatın fəaliyyətindən danışan Abbas Abbasovun sözlərinə görə, BTQ 2023-cü ildən Fransanın beş dənizaşırı ərazisi, həmçinin Korsika və Qəmər adaları ilə sıx əməkdaşlığa başlayıb. 2024-cü ildə əməkdaşlıq 14 müstəmləkə regionuna qədər genişlənib ki, buraya neokolonializmdən əziyyət çəkən Afrika ölkələri də daxil olub.

"BTQ dekolonizasiya və müstəmləkəçiliyin nəticələrinə dair, o cümlədən BMT-nin Cenevrə, Nyu-York və Vyanadakı mənzil-qərargahlarında 20-dən çox beynəlxalq tədbir təşkil edib. Bu tədbirlərin nəticəsi olaraq, müstəmləkələşdirilmiş regionlardakı mövcud vəziyyətlə bağlı müvafiq məlumatlar beynəlxalq ictimaiyyətə ötürülüb. BTQ həmçinin dekolonizasiya və neokolonializmin nəticələri ilə bağlı bir sıra hesabatlar, araşdırmalar və məqalələr hazırlayaraq dərc edib.

Bundan əlavə, BTQ BMT-nin İnsan Haqları Komitəsinə alternativ hesabat təqdim edib ki, nəticədə komitə Fransa hökumətindən hərbi qüvvələrdən əlavə istifadə, millətçi və müstəqil hərəkatların nümayəndələrinin həbsi, eləcə də Yeni Kaledoniya və Martinikdə eskalasiyalar ilə bağlı hesabat təqdim etməyi tələb edib", - deyə o qeyd edib.

Abbas Abbasov əlavə edib ki, təşkilat Boneyr, Mayotta və Fransız Polineziyası kimi müstəmləkə bölgələri ilə üç memorandum imzalayıb ki, bu, təkcə siyasi deyil, həmçinin təhsil, ekologiya və tibbi istiqamətləri də əhatə edib.

O əlavə edib ki, BTQ Baş Assambleyasının nümayəndələri Qoşulmama Hərəkatı və BMT-nin İnsan Hüquqları Şurası kimi müxtəlif beynəlxalq platformalarda iştirak ediblər.

Abbas Abbasov ümidvar olduğunu bildirib ki, birgə səylər və müvafiq tədbirlər sayəsində XXI əsrdə müstəmləkəçilik aradan qaldırılacaq. O, həmçinin müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara birlik, azadlıq və müstəqillik kimi fundamental dəyərlərə nail olmağı və qoruyub saxlamağı arzu edib.

Rufina Abdullayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri