Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma rolunu gücləndirir

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma rolunu gücləndirir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, A.Abbasov çıxışında BTQ-nin missiyasından, müstəmləkəçilik və neokolonializmə qarşı fəaliyyətindən, beynəlxalq əməkdaşlıq və dekolonizasiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. O, təşkilatın beynəlxalq ictimaiyyətə (neo) kolonializmin mövcudluğunu çatdırmaqla, müstəmləkəçilik və neokolonializmin aradan qaldırılması, dekolonizasiya hüququnun təşviqi və müstəmləkə hökmranlığından əziyyət çəkən xalqlara dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərdiyini qeyd edib

İcraçı direktor vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. 2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda, BTQ-nin yaradılması barədə qərar qəbul olunub. Təşkilat beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə sadiqlik nümayiş etdirir, fəaliyyətini müstəmləkəçilik və neokolonializmin ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, həmçinin müstəmləkə əsarəti altında olan xalqlara dəstək verməyə həsr edib.

BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu platforma kimi fəaliyyət göstərir. Son iki il ərzində BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, həmçinin Romada, İstanbulda və Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksəksəviyyəli tədbir təşkil edib. Tədbirlər müstəmləkəçiliyin ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrinə təsirinə həsr olunub. Siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və müstəmləkə əsarəti altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bu tədbirlər çərçivəsində bir araya gətirilərək geniş dialoq platforması yaradılıb.

A.Abbasov BTQ-nin əsas nailiyyətlərindən biri kimi 2024-cü ilin iyulunda Bakıda keçirilmiş Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresini, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasını və müstəmləkə hərəkatlarının səsini birləşdirən təsis bəyannaməsini vurğulayıb. Eyni zamanda, BTQ tərəfindən hazırlanmış hesabatın BMT Baş Katibi tərəfindən 2025-ci il üçün təqdim edilən “Afrika Mənşəli Şəxslər üçün Beynəlxalq Onillik Fəaliyyət Proqramı”nda qeyd olunması da diqqətə çatdırılıb.

Abbasov bildirib ki, BTQ BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Dördüncü Komitəsi (C4), Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil edib və substantiv dialoqa öz töhfəsini verib. Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər keçirərək müstəmləkəçiliyin dağıdıcı ekoloji təsirlərini diqqət mərkəzinə gətirib.

Bununla yanaşı, Bakı Təşəbbüs Qrupu analitik mərkəz kimi fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya mövzularında yüksəksəviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlayır. İndiyədək qurum tərəfindən hesabatlar, jurnallar və kitablar da daxil olmaqla 20-dən artıq nəşr işıq üzü görüb. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarə olunması üzrə beynəlxalq ekspert Korlayl Korbinin müəllifi olduğu “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil” əsəri xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, BTQ müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir və Azərbaycan bu baxımdan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün qlobal platforma rolunu oynayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri