Bakı Tiflis qatarına saxta bilet satışı ADY dən reaksiya
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı–Tiflis–Bakı qatarına saxta bilet satışı ilə bağlı diqqətli olun.
Son günlər ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
ADY-dən Axar.az-a verilən məlumata görə, bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.
Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.
Biletləri yalnız:
- ADY-nin rəsmi saytı
- "ADY Mobile” tətbiqi
- dəmiryol kassaları
vasitəsilə əldə etməyi tövsiyə edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 02 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















