Icma.az
close
up
RU
Bakı bir gecədə necə boşaldı? AÇIQLAMA

Bakı bir gecədə necə boşaldı? AÇIQLAMA

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Belə ki, yüzlərlə insan saatlarla yolda qalmalı olub. Bir çoxları bildirir ki, bölgələrdə iş imkanlarının məhdud olması səbəbindən insanlsr paytaxta üz tuturlar. Nəticədə isə istər adi günlərdə, istərsə də bayram ərəfəsində şəhərdə dözülməz tıxaclar yaranır.
Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
AzVision.az xəbər verir ki, bu barədə Globalinfo.az-a hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova danışıb. O deyib ki, problemin kökündə əsasən regionlar və paytaxt arasındakı iqtisadi balanssızlıq dayanır:
“Digər problem isə düzgün nəqliyyat planlamasının olmamasıdır ki, bu, ayrı bir mövzudur. Ancaq əsas problem iqtisadi və sosial balans problemidir. İnsanlar iş, təhsil, tibbi və digər xidmətlər üçün Bakıya üz tuturlar. Aparıcı universitetlər və ixtisaslaşmış xəstəxanalar əsasən Bakıda yerləşir. Hər şeydən əvvəl universitetlərin bölgələrə köçürülməsi prosesi sürətləndirilməlidir. O cümlədən də, bölgələrdə iş yerləri və müxtəlif xidmət sektorları inkişaf etdirilməlidir. Bu baş verməzsə, sıxlıq davam edəcək və tıxac problemi həllini tapmayacaq”.
İqtisadçının sözlərinə görə, tıxacın böyük hissəsini də, məhz tələbələr və onların yaxınları yaradır:
“Ailələr tələbə adını qazanan övladları ilə birgə uzunmüddətli olaraq Bakıya köçürlər. Digər qisim isə, işləmək üçün və müxtəlif xidmətlərin dalınca Bakıya üz tutanlardır. Ən yüksək maaşlı işlər Bakıda cəmləşib, özəl sektor bölgələrdə yox dərəcəsindədir”.
Vüsalə Əhmədovanın fikrincə, ümumiyyətlə, “hamı Bakıda yaşamalıdır” modeli dəyişməlidir:
“Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Zaqatala, Ağdam kimi regional mərkəzlər gücləndirilməlidir. Dövlət qurumlarının bir hissəsi regionlara köçürülsə, böyük bizneslər və xarici investisiyalar bölgələrə yönəldilsə probləm həllini tapar. “Regional mərkəz şəhərlər” strategiyası düşünürəm ki, bu cür qurula bilər. Qısası, regionlar özünü təmin edən iqtisadi zonalara çevrilməlidir”.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Mart 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri