Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

Bakı Vaşinqton əlaqələrində yeni harmoniya...

Bakı Vaşinqton əlaqələrində yeni harmoniya...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

“ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib

ABŞ Azərbaycanla münasibətləri dərinləşdirməkdə qərarlıdır

Post-müharibə reallıqları, sülh təşəbbüsləri və yeni nizamda regional aktor kimi ön plana çıxması Azərbaycanı, eləcə də, Cənubi Qafqazı qlobal mühitin diqqət mərkəzinə salıb. Strateji geocoğrafi ərazidə təhlükəsizlik arxitekturası yaratması, iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkişafına verdiyi töhfə Azərbaycanın aparıcı güc kimi əhəmiyyətini artırıb. Nəticə etibarı ilə rəsmi Bakının bütün platformalar üzrə yaxın tərəfdaş, inamlı əməkdaş statusu daha da möhkəmlənib. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir.

Bu kontekstdə bugünkü Azərbaycan - Amerika Birləşmiş Ştatları münasibələri xüsusi bir yer tutur. Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub - son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bütün strateji istiqamətlər üzrə irəliləyib. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Xüsusilə bu ilin avqustunda Vaşinqtonda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması, üç ölkənin rəhbərinin imzaladığı Bəyannamənin qəbulu bu münasibətləri daha da yaxınlaşdırıb.  

ABŞ - Azərbaycan münasibətləri müzakirə olunur...

Qeyd edək ki, münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycana, ümumilikdə, Cənubi Qafqaza vacib olduğu qədər ABŞ-ın da əsas siyasi prioritetlərindəndir. Yeri gəlmişkən, Vaşinqtonda “Hudson” İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfrans keçirilib. Konfrans ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında Vaşinqtonda imzalanan sazişə, regional proseslərə həsr olunub. Konfransda ABŞ-ın aparıcı ekspertləri və rəsmi şəxslər iştirak edib. Açılış nitqi ilə çıxış edən “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Ağ Evdə avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhü bərpa etmək üçün deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra biləcək fürsətlər doğurur.

Daha sonra Mayk Doranın moderatorluğu və Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti, Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman və “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffinin iştirakı ilə “Ermənistan-Azərbaycan sülhünün regional təsirləri” mövzusunda panel müzakirə baş tutub. Ekspertlər sülh razılaşmasının daha geniş regiona təsirləri, Mərkəzi Asiya ölkələrinin əldə edəcəyi faydalar, regional ölkələrin baş verən proseslərdəki rolu, Türk dünyasının artan nüfuzu, regional layihələrin inkişaf perspektivləri, TRIPP layihəsi barədə müzakirələr aparıblar.

Daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru

Tədbirdə çıxış edən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns sülh razılaşmasının Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi vaxtda baş verdiyini deyib. Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutub. Amerika Birləşmiş Ştatları regional sülhə bütün ölkələrin xeyrinə olacaq konkret sərmayələr qoyur. Senator əlavə edib ki, avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir. Vurğulayıb ki, Azərbaycan - Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ixracatçılarından biridir. Onun sözlərinə görə, ata Corc Buşdan indiyədək ABŞ-ın hər bir Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz olub. “Bu, Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı. Amerikalı natiqlər “Tramp marşrutu” innovativ konsepsiyası ilə çıxış etdilər. TRIPP layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq. Təbii ki, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq”,- deyə senator əlavə edib.

Cənubi Qafqaz artıq kənar region deyil...

Tədbir çərçivəsində Mayk Doran və Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin iştirakı ilə “ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda panel müzakirə baş tutub. Çıxış edən Mayk Doran bildirib ki, Ağ Evdəki görüş uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhün mümkünlüyü ilə yanaşı, Birləşmiş Ştatlar üçün yeni imkanların yaranmasından xəbər verdi. O bildirib ki, bu, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqəni yenidən formalaşdıra biləcək imkanlar yaradır. “Tramp administrasiyası başa düşür ki, Amerikanın maraqları baxımından Cənubi Qafqaz artıq kənar region deyil. Bu bölgə qlobal geosiyasətdə vacib nöqtəyə çevrilir. Ora dünyanın bütün böyük dövlətlərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu bir nöqtədir. Xüsusilə, Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Bura Qərb üçün regionun böyük resurslarına və strateji yollarına qapıdır. Enerji qovşağı, tranzit dəhlizi, həmçinin Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən təhlükəsizlik müttəfiqi kimi Bakı unikal rol oynayır”, - deyə o əlavə edib.

Vaşinqtonda imzalanan saziş tarixidir və hər kəs üçün əla fürsət yaradır...

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, Vaşinqtonda avqustda imzalanmış saziş tayı-bərabəri olmayan sıçrayışdır, tarixidir və hər kəs üçün əla fürsət yaradır. “Azərbaycan Prezidenti Ermənistana ölkə ərazisindən istənilən tranzitə icazə verib. Düşünürəm ki, Ermənistanın baş naziri Paşinyan da bunu yüksək qiymətləndirib və yəqin ki, bununla bağlı müəyyən qarşılıqlı fəaliyyətlər olacaq. 90-cı illərin əvvəllərində müzakirələrimizdə o mesajı verməyə çalışırdıq ki, birlikdə hərəkət etsək, bu, hamımıza fayda verər. Amma bu baş vermədi. Yalnız indi gerçəkləşdi. Azərbaycan ABŞ-ın və bəzi digər tərəfdaşların böyük dəstəyi ilə iki ölkənin bir yerdə olmasına nail oldu”, - deyə səfir əlavə edib.

Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti isə bildirib ki, hazırda regionda böyük canlanma görürük. O qeyd edib ki, nəhayət, Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyanın qlobal bazara daha sərfəli şəkildə qoşula biləcəyini görmək üçün şans var. “Beləliklə, bu sülh sazişi həm də bizim dostlarımızı, təkcə Qafqazı deyil, Mərkəzi Asiyanın bütün beş ölkəsini həyəcanlandırır. Nəhayət biz regionun bütün səkkiz ölkəsinin marağının eyni olduğunu görürük. İndi biz onların birlikdə edə biləcəyi məsələ haqqında danışa bilərik. Burada onlar xariclə ticarətlərini sərbəst şəkildə tarazlaşdıra bilərlər”.

Amerikalı ekspertin təklifi...

Çıxış edən “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi deyib ki, Cənubi Qafqazda, ABŞ-Azərbaycan münasibətlərində baş verənlərdən çox nikbindir. O bildirib ki, ikitərəfli əlaqələrə yeni diqqət və enerji gətirməyin vaxtı çoxdan çatıb. “Avqustun 8-də Prezident Trampın iştirakı ilə Ağ Evdəki görüş bu münasibətlər üçün yeni başlanğıc nöqtəsidir. Mən düşünürəm ki, iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi bir çox sahələrdə ABŞ və Azərbaycanın ortaq maraqları var. Ümid edirəm ki, bundan sonra iki ölkə arasında daha sıx əməkdaşlığın şahidi olacağıq”, - deyə o, əlavə edib.

Ekspert qeyd edib ki, bu münasibətləri növbəti mərhələyə qaldırmaq üçün ən vacib və eyni zamanda, ən asan addımlardan biri Prezident Trampın Azərbaycana səfəri olardı. O, həmçinin ABŞ dövlət katibi səviyyəsində Türk Dövlətləri Təşkilatı (TDT) ilə görüş və ya sammitin keçirilməsi təklifini irəli sürüb. O bildirib ki, Türk dünyası Avrasiyanın quru hissəsində yaranmaqda olan bir qütbdür və ABŞ siyasətçiləri üçün bunu başa düşmək, tanımaq və bununla məşğul olmaq vaxtıdır. “İstanbula gedəndə bir neçə saat vaxt ayırıb TDT-nin baş qərargahını ziyarət edin. Bu təşkilat haqqında daha çox məlumat əldə edin, çünki onun getdikcə daha vacib olduğunu düşünürəm”, - deyə o diqqətə çatdırıb.

Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman isə deyib ki, sülh sazişi ortamüddətli perspektivdə Cənubi Qafqazın tam inteqrasiyasına mane olan münaqişəni həll edəcək. O bildirib ki, indi söhbət Mərkəzi Asiya ilə Cənub Qafqaz arasında həqiqətən də regionlararası əməkdaşlıqdan gedir. “Bu razılaşma nəticəsində Cənubi Qafqaza qarşı yeni diqqət yaranıb”, - deyə o əlavə edib.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see263

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see253

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see248

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see244

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see235

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see231

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see228

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see227

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see227

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see222

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see221

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see215

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see205

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see203

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see203

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see198

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see195

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see195

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see184

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri