Yolda yarımçıq qalan həyatlar: Son 6 ilin qəza araşdırması
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda yol-nəqliyyat hadisələri, bu qəzalar nəticəsində insanların həyatını itirməsi və xəsarət alması cəmiyyəti narahat edən aktual problemlərdən biri olaraq qalır.
"Cebheinfo.az" xəbər verir ki, hər il ölkənin müxtəlif bölgələrində baş verən yol qəzaları insan tələfatına, ağır xəsarətlərə və ailələrin faciə ilə üzləşməsinə səbəb olur. Yol hərəkəti təhlükəsizliyi, sürücülərin məsuliyyəti, piyadaların qorunması və yol infrastrukturunun vəziyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dövlət Statistika Komitəsinin 2021–2026-cı illərin yanvar-sentyabr aylarını əhatə edən rəsmi məlumatları isə problemin miqyasını və dinamikasını ortaya qoyur. 2021-ci ilin ilk 9 ayında Azərbaycanda 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 504 nəfər ölüb, 1043 nəfər yaralanıb. Beləliklə, həmin dövrdə yol qəzaları nəticəsində zərərçəkənlərin ümumi sayı 1547 nəfər olub. 2022-ci ilin yanvar-sentyabr aylarında qəza sayı 1259-a yüksəlib.
Hadisələr nəticəsində 599 nəfər həyatını itirib, 1099 nəfər yaralanıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə həm qəza, həm də ölüm və yaralanma göstəricilərində artım qeydə alınıb. 2023-cü ilin ilk 9 ayında 1204 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 627 nəfər ölüb, 1034 nəfər xəsarət alıb. Diqqətçəkən məqam odur ki, hadisələrin sayı əvvəlki illə müqayisədə azalsa da, ölənlərin sayı artaraq 2021–2026-cı illərin ilk 9 ayı üzrə ən yüksək göstəriciyə çatıb.2024-cü ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu hadisələr nəticəsində 520 nəfər həyatını itirib, 914 nəfər yaralanıb. Beləliklə, həm qəza, həm ölüm, həm də yaralanma göstəricilərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub. 2025-ci ilin ilk 9 ayında ölkədə 905 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 507 nəfər ölüb, 757 nəfər yaralanıb. Həmin dövrdə hadisələrin 85 faizi yaşayış məntəqələrində qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında isə 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu hadisələr nəticəsində 500 nəfər ölüb, 640 nəfər yaralanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qəza sayı 7,4 faiz, zərərçəkənlərin ümumi sayı isə 9,8 faiz azalıb. Altı ilin göstəricilərini müqayisə etdikdə maraqlı mənzərə ortaya çıxır. 2021-ci ilin ilk 9 ayında 504 nəfər yol qəzalarında həyatını itirdiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 500 nəfər olub. Qəza sayında 28,4 faiz, yaralananların sayında isə 38,6 faiz azalma qeydə alınsa da, ölüm göstəricisi cüzi dəyişib.
2023-cü ildə isə 627 nəfərin həyatını itirməsi xüsusilə diqqət çəkir. 2026-cı ilin statistikası qəzaların baş verdiyi ərazilərlə bağlı da diqqətçəkən məqamları üzə çıxarır. Hadisələrin 82,9 faizi yaşayış məntəqələrinin payına düşüb. Bu qəzalar nəticəsində 345 nəfər ölüb, 591 nəfər yaralanıb. Ötən ilin eyni dövründə yaşayış məntəqələrində baş verən hadisələrdə 353 nəfər həyatını itirmiş, 708 nəfər xəsarət almışdı.
Ümumilikdə, son altı ilin statistikası göstərir ki, yol qəzalarının sayı, yaralanma və ölüm halları müxtəlif illərdə fərqli dinamika nümayiş etdirib. Sürət həddinin aşılması, sürücülərin məsuliyyəti, piyadaların təhlükəsizliyi, yol infrastrukturunun vəziyyəti və nəzarət mexanizmləri yol qəzalarının səbəblərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıyır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 17 Noyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















