Bakı və Abşeronda su kanalizasiya sisteminin yenilənməsi ilə bağlı dövlət proqramı hazırlanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bakı və Abşeron yarımadasında su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb.
“APA-Economis” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O qeyd edib ki, hazırda proqram üzərində müzakirələr aparılır:
“Eyni zamanda proqramın layihələrinin həyata keçirilməsi üçün donorlarla danışıqlar aparılır və onların maliyyə dəstəyi, eyni zamanda bu layihələr çərçivəsində beynəlxalq mütəxəssislərin cəlb olunması da nəzərdə tutulur. Bundan başqa Bakı şəhərində və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması, ümumiyyətlə, infrastrukturun yenilənməsinə bağlı 10 böyük layihə həyata keçirilir. Bakı və Abşeronda müxtəlif istiqamətlərdə iri həcmli daşıyıcı kollektorların tikintisi və eyni zamanda 3 yeni su təmizləyici qurğu komplekslərinin tikintisi nəzərdə tutulur. Bu layihələrin hər birinin artıq icrasına başlanılıb. Proses davam etdirilir. Ümumi magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğular komplekslərinin isə 2027-ci və 2028-ci ildə tamamlanması nəzərdə tutulub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















