Icma.az
close
up
RU
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər

Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ankarada UNESCO Türkiyə üzrə Milli Komissiyasının sədri, professor Mehmet Öcal Oğuzla görüşüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Hikmət Quliyev AMEA Folklor İnstitutunda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, institutun strukturu, elmi-metodoloji baxımdan yenilənmə prosesi, folklorun dinamik mədəni sistem kimi dərk olunması və araşdırılması istiqamətində görülən işlər, rəqəmsal transformasiyalar və internet folkloru sahəsində həyata keçirilən araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müasir mərhələdə folklorun yalnız mətn kimi deyil, kollektiv mədəni yaddaş, milli kimlik və sosial kommunikativ sistemi kimi öyrənilməsi prioritet istiqamət olaraq müəyyənləşdirilib.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli irs nümunələrinin qorunması, sənədləşdirilməsi və nəsildən-nəslə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mümkün elmi və institusional əməkdaşlıq perspektivləri müzakirə edilib. Xüsusilə türk xalqlarının ortaq qeyri-maddi mədəni irs elementlərinin birgə tədqiqi və beynəlxalq platformalarda təqdimatı istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində Hikmət Quliyev professor M.Öcal Oğuza türk folklorunun metodoloji əsaslarla araşdırılması, qorunması və beynəlxalq elmi-mədəni mühitdə tanıdılmasına verdiyi töhfələrə görə plaket təqdim edib. Eyni zamanda o, Folklor İnstitutu tərəfindən nəşr olunan “Qərbi Azərbaycan folkloru” seriyasından 5 cild kitabı, müəllifi olduğu müdrik qoca arxetipi və internet folkloru ilə bağlı monoqrafiyalarını türkiyəli professora təqdim edib.

Görüşdə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Konuralp Ercilasun, Folklor İnstitutunun əməkdaşı, dosent Aynur İbrahimova və UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katib müavini vəzifəsini icra edən Özge Züleyha Ömeroğlu da iştirak ediblər.

Sonda Hikmət Quliyevə UNESCO Türkiyə üzrə Milli Komissiyasının nəşr etdiyi nüfuzlu kitablar toplusu hədiyyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri