Icma.az
close
up
RU
Bakı və Ankara masada: Türk ölkəsinin ağrılı seçimi Gözlənilməz...

Bakı və Ankara masada: Türk ölkəsinin ağrılı seçimi Gözlənilməz...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü simvolik və kritik məqamlarla yadda qaldı. Bu görüş həm təşkilatın formatına, həm də keçirilən vaxtın siyasi kontekstinə görə əvvəlkilərdən fərqli olaraq yalnız siyasi nümayiş deyil, Türk dünyasının qarşılaşdığı ciddi sınaqların bir vitrini oldu.

Əvvəlcə qeyd edim ki, TDT-nin hər bir üzvü əhəmiyyətlidir. Azərbaycan və Türkiyə bu təşkilatın ideoloji dayaqlarıdırsa, əsas güc dayaqları Mərkəzi Asiyanın türk ölkələridir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqının təzyiqləri və iqtisadi təşviqləri ilə Yunan Kiprində diplomatik nümayəndəlik açmağa qərar verdilər. Bu vəziyyət Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılanmış və ŞKTC rəhbərliyi tərəfindən “diplomatik xəyanət” kimi qiymətləndirilmişdi. Məhz bu prosesin ardınca baş tutan Budapeşt görüşü təşkilat daxilindəki siyasi həmrəyliyin real vəziyyətini nümayiş etdirdi.

Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Türkmənistanın zirvəyə qatılmaması diqqət çəkdi. KKTC məsələsi açıqdır. Əvvəllər də qeyd etdiyim kimi, bəzi TDT üzvləri, xüsusilə Mərkəzi Asiya respublikaları ŞKTC-nin rəsmi şəkildə qəbul edilməsindən hələ də çəkinirlər. Bu, təşkilat daxilində vahid siyasi və hüquqi yanaşmanın hələ də formalaşmadığını göstərir.

Türkmənistan isə ənənəvi neytral siyasətinə sadiq qalaraq, daha çox müşahidəçi rolunu saxlayır. Lakin bu neytrallıq artıq strateji qeyri-müəyyənlik kimi qiymətləndirilir. Türkmənistanın bu yanaşması gələcəkdə onu seçim qarşısında qoya bilər: ya Türk Dövlətləri Təşkilatına inteqrasiya etmək, ya da təşkilatdan uzaqlaşmaq.

Budapeştdə keçirilən görüşün əsas siyasi mesajı açıqdır: Türk birliyi üçün fikir ayrılıqları və daxili ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. Əvvəllər bu fərqliliklər daha çox iqtisadi və mədəni səviyyədə özünü göstərirdisə, indi artıq geosiyasi qərarların uyğunluğu məsələsi gündəmə gəlib.

Bəzi ölkələrin Qərbə yaxınlaşması, bəzilərinin Rusiya ilə daha sıx təmasda olması, digərlərinin isə Çinə yönəlməsi təşkilat daxilində vahid strateji xəttin olmamasının nəticəsidir. Bu, təşkilatı regional koordinasiya klubu və ya qısamüddətli razılaşmaların platformasına çevirə bilər. Əgər bu tendensiya davam edərsə, TDT-nin siyasi çəkisi zəifləyəcək. Əksi baş verərsə, daha mərkəzləşdirilmiş, konkret hədəf və mexanizmlərlə işləyən qurum da görə bilərik.

Bütün bunlara baxmayaraq, danılmaz bir fakt var ki, görüş Avropa İttifaqı sərhədlərində keçirildi. Macarıstan həm Avropa İttifaqının tamhüquqlu üzvüdür, həm də Türkiyə və Azərbaycanla ən yaxın münasibətləri saxlayan nadir dövlətlərdəndir. Bu, TDT-nin Avropaya çıxış qapısı və mədəni-diplomatik ekspansiyası baxımından böyük üstünlük yaradır.

Hesab edirəm, indiki məqamda əsas sual budur: TDT Şərqə doğru dərinləşəcək, yoxsa Qərbə açılacaq?

Təəssüf ki, Budapeştdəki görüş bu suala konkret cavab vermədi, amma sualın artıq masada olduğunu sübut etdi.

Nəticə etibarilə deyə bilərik ki, türk birliyi hələ ideya mərhələsindədir, onu xilas edəcək tək şey ortaq siyasi iradədir. Budapeştdəki görüş həm rəmzi, həm real cəhətdən Türk dünyasının bir yol ayrıcında olduğunu göstərdi. Artıq təkcə dil, mədəniyyət və tarix deyil, strateji qərarların sinxronizasiyası tələb olunur.

Vahid təhlükəsizlik yanaşması formalaşdırılmalı; Eyni xarici siyasət koordinasiyası qurulmalı; Daxili siyasi etimad mexanizmləri yaradılmalıdır.

Əks halda keçirilən “türk qurultayları” yalnız tarix və folklor nümayişinə çevriləcək. Reallıqda isə dünya siyasi mərkəzləri konkret ittifaqlar və nəticələr doğuran strukturlaşmaları ciddiyə alır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri