Icma.az
close
up
RU
Rusiya Ukrayna döyüşləri ABŞ la Çin arasındakı soyuq müharibənin qaynar filialıdır

Rusiya Ukrayna döyüşləri ABŞ la Çin arasındakı soyuq müharibənin qaynar filialıdır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya təhlükəsi qara bulud kimi hər zaman Cənubi Qafqazın üzərində olub. Çünki bu dövlət heç bir zaman imperiya siyasətindən əl çəkməyib. Belə nəzər saldığımız zaman, heç çəkənə də oxşamır. Məhəmməd Əmin Rəsulzadə belə bir fikir deyib: "Rusiya kiçilib öz tarixi sərhədlərinə sığınmayınca, dünya xalqlarına rahatlıq yoxdur". Bu fikir dəfələrlə öz təsdiqini ən faciəli formalarda tapıb. O cümlədən, Azərbaycana münasibətdə”.

Bizimyol.info xəbər portalının rəhbəri, əməkdar jurnalist Bahəddin Həzi bildirib ki, Rusiyanın 1920-ci ilin aprelində müsəlman Şərqində ilk demokratik dövləti - Azərbaycan Cümhuriyyətini işğal etməsi və bu dövləti süquta uğratması da onun öz təbii sərhədlərinə çəkilmək istəməməsindən irəli gəlirdi.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bəs Rusiya hansı sərhədlərə çəkilməlidir ki, dünya xalqları, Rəsulzadənin dediyi o rahatlığı tapsın?!

Bahəddin Həzinin fikrincə, bu suala müxtəlif formalarda, müxtəlif variantlarda cavab vermək olar: “Kimsə deyə bilər ki, Birinci Aleksandra qədərki sərhədlərə çəkilsə, dünyanın canı qurtarar, kimsə "Birinci Pyorta qədərki ərazilər" deyər, bir başqası daha irəliyə gedərək İvan Qroznıdan öncəki tarixi sərhədləri göstərər. Təsəvvür edin, İvan Qroznıya qədər Rusiyanın həms Sibir xanlığı, Kazan xanlığı, Həştərxan xanlığı, Krım xanlığı ilə həmsərhəd idi. Rusiya şərqdə Ural dağlarına çatmamış bitirdi. Hələ mən Qərb, Şimal və Cənub istiqamətlərini demirəm. Milli lider Məhəmməd Əmin Rəsulzadə Rusiyanı yaxşı tanıyırdı, orda gedən prosesləri, Rusiyanın başqa xalqlara qarşı aqressiv siyasətini dərindən təhlil edirdi. Bu təhlillər əsasında o, "Rusiyada siyasi vəziyyət", "Bolşeviklərin Şərq siyasəti", "Milliyyət və bolşevizm" və sair kimi fundamental əsərlər yazmışdı. Rəsulzadənin aktiv fəaliyyət dövrünü əsas olaraq götürsək, o, böyük ehtimalla Birinci Aleksandra qədərki dövrü nəzərdə tutub. Ancaq, ümumiyyətlə, söhbət konkret tarixlərdən və konkret sərhədlərdən getməsə belə, Rəsulzadə Rusiyanın imperiya siyasətini nəzərdə tutub”.

Bahəddin Həzi qeyd edib ki, bu günün prizmasından baxsaq, Rusiyanın öz təbii sərhədlərinə qayıtması onun ən azı 5-7 müstəqil dövlətə parçalanması deməkdir: “Bunu dünyaca məşhur Zbiqnev Bjezinski özünün "Böyük şahmat taxtası" kitabında detallı yazıb: “Rusiyanın öz təbii sərhədlərinə çəkilməsi fürsəti böyük bir ölçüdə Çinin güclənməsi ilə itirilib. 1990-cı illərdə həm Rusiya, həm Çin zəif idilər. O zaman Qərb dövlətləri - ABŞ və Avropa ölkələri prosesi doğru idarə edə bilmədilər. Qərb siyasətçiləri Sovet İttifaqının dağılmasından elə eyforiyaya düşdülər ki, həmin imperiyanın varisinin - Rusiyanın mümkün strategiyalarını düzgün oxuya bilmədilər. Rusiya dövlətinin siyasi təbiətini doğru anlamadılar. Çini də, demək olar, "nəzarətsiz" buraxdılar. necə deyərlər, Çin şüşədən çıxdı və Rusiyanın ərazisinə, sərvətlərinə giriş əldə edərək Moskvanın arxasında dayandı. Bu da Qərbin işini çətinləşdirdi.

Rusiyanı içəridən fəth etmək, parçalamaq planı Boris Yeltsinin hakimiyyətdən gedişi ilə ifıasa uğradı; Vladimir Putin Rusiyanın daxilində ifrat mərkəzləşmə xətti yürütməklə yanaşı, xaricdə imperiyanı genişləndirmə cəhdləri göstərdi. Uğuru da var, uğursuzluğu da. Qərb buna görə NATO-nu və Avropa İttifaqını şərqə doğru genişləndirmək planlarını bərpa etdi. Nəticəsi: hazırkı Rusiya-Ukrayna müharibəsidir. Şərqə doğru genişlənməklə NATO Rusiyanı və Çini təhdid etdi. Ona görə bu gün Ukraynada nəinki sülh müqaviləsi bağlamaq, atəşkəs memorandumu imzalamaq belə mümkün olmur. İndi Rusiyanın öz təbii sərhədlərinə çəkilməsi, onu ABŞ-ın və Çinin eyni vaxtda və ən başlıcası, birlikdə parçalayıb, bölüşdürməsi nəticəsində ola bilər. Ancaq Çin buna getmir. Çünki o halda ABŞ-ın və NATO-nun Çinlə quru sərhədlər əldə etməsi deməkdir. Bu da Çin Xalq Respublikasının geosiyasi və təhlükəsizlik maraqlarına ziddir. Ona görə də əvvəllər də yazmışdım: Rusiya ilə Ukrayna arasında döyüşlər var, ancaq müharibə yoxdur. Bu, ABŞ-la Çin arasında - qlobal müstəvidə "soyuq" müharibənin qaynar filialıdır”.

Bahəddin Həzi vurğulayıb ki, milli lider Rəsulzadənin arzusu, ideyası o halda həyata keçə bilər ki, Rusiya (dolayısı iıə Çin) məğlub olsun: “Belə bir perspektiv isə, yumşaq desək, çətin görünür: Əsas səbəblərdən biri ABŞ-la Avropa dövlətləri arasında Ukrayna siyasətinə dair ciddi fikir ayrılıqlarıdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri