Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

“Terrorsuz Türkiyə” mühüm plandır, ancaq Öcalanla dialoqa getmək səhvdir TƏHLİL

“Terrorsuz Türkiyə” mühüm plandır, ancaq Öcalanla dialoqa getmək səhvdir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Kürdlərin Türkiyənin siyasi həyatında daha güclü aktora çevrilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında siyasi asimmetriya yarada bilər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) PKK terror qruplaşmasının başçısı Abdullah Öcalanla görüş üçün İmralı adasına göndərəcəyi şəxs bəlli olub. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının toplantısında keçirilən səsvermədə 32 lehinə, 2 bitərəf və 3 əleyhinə olmaqla İmralıya ziyarətlə bağlı qərar qəbul edilib. İmralı həbsxanasına Hatay üzrə millət vəkili və partiya rəhbərinin köməkçisi Hüseyn Yaymanın göndərilməsi qərarına gəlinib. CHP isə səsverməyə qatılmayıb və İmralıya partiya üzvü göndərməyəcəyini bildirib. Yeni Yol Partiyası da İmralıya gedəcək nümayəndə heyətinə üzv verməyəcəklərini açıqlayıb. İmralı adasında görüşün yaxın günlərdə baş tutacağı gözlənilir. 

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, "terrorsuz Türkiyə" təşəbbüsü həm Türkiyə, həm də türk-müsəlman aləmi üçün çox mühüm bir plandır. Ekspert vurğulayıb ki, Türkiyədə 30 ildən artıq davam edən kürd probleminin dinc şəkildə diplomatik yollarla həllini hədəfləyən bu təşəbbüs, son zamanlar xüsusilə diqqət çəkir:

""Terrorsuz Türkiyə" təşəbbüsü hazırkı mərhələdə ölkə daxilində təhlükəsizliyi möhkəmləndirmək, uzun illərdir davam edən silahlı qarşıdurmanı siyasi müstəviyə çəkmək və Türkiyənin daxili sabitliyini artırmaq cəhdi kimi təqdim olunur. Lakin fikrimcə, parlament komissiyası səviyyəsində Abdullah Öcalanla birbaşa dialoqa getmək səhvdir. Türkiyənin özündə də bu addım siyasi dairələr arasında ciddi mübahisələr yaradıb. Bunun səbəbi təkcə PKK-nın cəmiyyətə vurduğu zərər deyil, həm də prosesin dövlətin gələcək idarəetmə forması, milli birlik və mərkəzləşmə baxımından mümkün uzunmüddətli nəticələridir. Tarix göstərir ki, imperiyalar və çoxmillətli dövlətlər üçün etnik qrupların siyasi statusunun yüksəlməsi sadəcə hüquqi dəyişikliklə məhdud qalmır. Bu, ənənəvi idarəetmə modelinin transformasiyasını, bəzən də dağılmasını sürətləndirə bilər. Məsələn, mən "terrorsuz Türkiyə" təşəbbüsünün gələcəyində Avstriya-Macarıstan modelinə keçid riskini yüksək hesab edirəm. Çünki Habsburq monarxiyası macarların siyasi təzyiqini azaltmaq üçün onlara “ikinci krallıq” statusu verdi. Lakin bu addım imperiyanı sabitləşdirmədi, əksinə, digər xalqlarda da oxşar tələbləri stimullaşdırdı və sistemi parçalanmaya daha həssas hala gətirdi.

Bənzər dinamika Osmanlının son dövrlərində də yaşandı. Osmanlı dövləti ərəb əhalisinin loyallığını qorumaq üçün idarə strukturunda regional çeviklik tətbiq etməyə çalışsa da, nəticədə bu siyasət mərkəzi hakimiyyətin nisbi zəifləməsinə və ərəb vilayətlərində siyasi özünüdərkin güclənməsinə səbəb oldu".

T.Rzayev hesab edir ki, kürdlərin siyasi statusunu yüksəldən və onları prosesin rəsmi tərəfi kimi tanıyan hər bir mexanizm zamanla daha geniş siyasi hüquqlar üçün baza yarada bilər:

"Bu gün terrordan imtina və dialoq çərçivəsində aparılan danışıqlar sabah “mədəni muxtariyyət”, daha sonra “regional özünüidarə”, ən sonda isə “federasiya” kimi tələblərlə davam edə bilər. Əslində, bu mexanizm yalnız kürdlərə aid deyil, çoxsaylı etnik qrupların yaşadığı bütün ölkələrdə statusun artması domino effekti yaradır. Kürdlərin Türkiyənin siyasi həyatında daha güclü aktora çevrilməsi, xüsusilə bölgə partiyalarının parlamentdə qərarverici güc qazanması, mərkəzi hakimiyyətlə regionlar arasında siyasi asimmetriya yarada bilər. Bu isə öz növbəsində mərkəzləşdirilmiş cümhuriyyət sisteminin legitimliyinin sorğulanmasına səbəb olacaq. Burada əsas məsələ dialoqun aparılıb-aparılmaması deyil, çünki dialoq sülhün əsas şərtidir. Əsas məsələ danışıqların hansı siyasi çərçivədə aparıldığıdır. Əgər danışıqlar terrorun bitməsi və demokratik sistemin güclənməsi prinsipləri üzərində yox, etnik identitetə əsaslanan siyasi statusun genişləndirilməsi xəttində aparılarsa, bu, gələcəkdə Türkiyənin idarəetmə modelini dəyişməyə məcbur edən yeni siyasi reallıq yarada bilər. Regional aktorların artan nüfuzu, fərqli siyasi mərkəzlərin meydana çıxması və cəmiyyətin siyasi loyallığının parçalanması riskləri məhz buradan qaynaqlanır". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri