Icma.az
close
up
RU
“Zirzəmi”də yerlər dəyişdi, favoritlərdən gözlənilməz xal itkiləri

“Zirzəmi”də yerlər dəyişdi, favoritlərdən gözlənilməz xal itkiləri

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer Liqada XII tur başa çatıb. Lider “Qarabağ”ın qələbə qazandığı turda ikinci pillədəki “Turan Tovuz” “Araz-Naxçıvan”la heç-heçə edib. “Kəpəz” mövsümdə ikinci qələbəsini qazanıb, “Şamaxı” “Sabah” səfərindən bir xalla dönüb. “Zirə” isə autsayder “Qəbələ”yə bir qolla qalib gəlib.

Karvan-Yevlax – Kəpəz 1:2

“Karvan-Yevlax” bu mövsüm ilk dəfə doğma arenasında – Yevlax şəhər stadionunda matça çıxıb. Turnir cədvəlinin sonuncusu “Kəpəz”i qəbul edən bölgə klubu meydanı xalsız tərk edib. Oyunboyu daha üstün olan gəncəlilər layiqli qələbə qazanıb. Azər Bağırovun komandası üç xal qazanmaqla turnir cədvəlində iki pillə irəliləyib.

“Karvan-Yevlax”da isə uğursuz gedişat davam edir. Mövsümdə cəmi bir qələbəsi olan yevlaxlılar indiki durumda liqanı tərk etməyə ən real namizəddir. Komandada baş məşqçi dəyişikliyi gözlənilir. Problemin məşqçidə və ya heyətdə keyfiyyət çatışmazlığı olduğunu zaman göstərəcək. Komanda qışa qədər xallarını artıra bilməzsə, mövsümün qalan hissəsi daha çətin keçəcək.

Sumqayıt – Qarabağ 2:4

Turun ən yaddaqalan və gərgin mübarizəsi Sumqayıtda oldu. Lider “Qarabağ” bu mövsüm yeganə məğlubiyyəti yaşadığı “kimyaçılar”ı əzmkar oyunla məğlub etdi. Çempionlar Liqasında “Napoli” ilə oyunöncəsi əsas heyət üzvlərini meydana buraxan Qurban Qurbanovun əsas istəyi oyunçuların ritmi yaxalaması idi.

“Sumqayıt” isə liderə qarşı yaxşı mübarizə apardı. 10 nəfərlə qalmasına baxmayaraq, hücumlar edib, şans yaradan “kimyaçılar” məğlub olsa da, növbəti oyunlar üçün ümid verdi. Baş məşqçi Saşa İliç yaxşı komanda qurub və “Sumqayıt” avrokuboklar mübarizəsinə qoşulmaq potensialındadır.

Araz-Naxçıvan – Turan Tovuz 1:1

Naxçıvanda stadionun hələ hazır olmamasına görə əvvəl Mərdəkanda, son iki ev oyunuu isə Sumqayıtda keçirən “Araz-Naxçıvan” bir xal üçün çıxdığı matçda istəyinə nail oldu. İlk hissədə basqılı oyunla istədiyi qolu vuran naxçıvanlılar fasilədən sonra müdafiəyə qapandı və rəqibin həmlələrini dəf etməyə çalışdı.

“Turan Tovuz” isə ikinci hissədə “ayıldı”. İlk hissədə rəqibini geridə qəbul edən tovuzlular fasilədən sonra təzyiqi artırmaqla bərabərliyi yaxaladı. Qol daha tez vurulsaydı, “Turan Tovuz” geridönüş edə də bilərdi. Yekunda əldə edilən bir xal hər iki tərəf üçün qənaətbəxş sayılmalıdır.

Zirə – Qəbələ 1:0

Zirədə baş tutan oyun favoritin qələbəsiylə başa çatdı. Qol epizodlarının daha az olduğu matçda qonaqlar fərqlənmək üçün penalti şansı yaxalasa da, dəqiqlik çatmadı. “Zirə” isə rəqibdən fərqli olaraq “11 metrə”dən ustalıqla yararlandı və bu qolla aktivinə üç xal yazdırdı. “Zirə”də məhsuldarlıq aşağı düşüb. Hücumdakı itkilər indiki məqamda komanda üçün əsas problemdir.

“Qəbələ” isə yaxşı oynamasına baxmayaraq, məğlubiyyətləri sıralayır. Yaxşı oyuna xal verilmir və qısa zamanda komanda nəticəyə oynamağa başlamalıdır. Hər matç rəqiblərin qapısı qarşısında təhlükə yaratmağı bacaran bölgə klubunda sonluq problemi var. Hücumda bəzən təcrübə, bəzən keyfiyyət çatışmazlığı qola əngəldir.

Sabah – Şamaxı 0:0

Turun yeganə qolsuz matçı Masazırda baş tutdu. “Sabah” ikinci hissəsini daha yaxşı oynadığı oyunda bir xala razı oldu. Milli fasilədən sonra oyun sürəti aşağı düşən “bayquşlar” meydanda qələbəyə can atmayan komanda təsiri bağışlayırdı. Sürətli hücumlar əvəzinə topçevirməklə şans axtaran “futuristlər”in cəhdləri uğursuz alındı.

“Şamaxı” isə səfər matçında hədəflədiyi bir xalı qazandı. “Sabah”la oyunda daha çox təhlükəli epizod yaratmağı bacaran “şirlər”də sonluq çatışmadı. Hər iki hissədə 100 faizlik epizodları olan bölgə klubu müdafiədə də inamlı oyunu ilə seçildi.

Neftçi – İmişli 2:3

Turun son matçı sürprizlə yadda qaldı. Mövsümün əvvəlində autsayder göstərilən “İmişli” futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir. Bu mövsüm səfərdə “Sabah”a qalib gələn bölgə klubu bu dəfə “Neftçi”ni büdrətdi. İlk hissədə geri düşməsinə baxmayaraq, buraxılan qollara tez cavab verən “İmişli” sonlara yaxın “Neftçi” müdafiəsindəki boşluqdan maksimum yararlandı və vacib üç xal qazandı.

“Neftçi”də isə gedişat düzəlmir. Uğursuz zolaqdan çıxa bilməyən “ağ-qaralar”da məğlubiyyətə görə Samir Abasovla yollar ayrıldı. Yayda heyəti yenidən qurulan paytaxt klubu “qara zolaq”dan çıxa bilmir. Ya sonluq çatmır, ya bəxt amili üzə çıxır. Hər bir halda, debütantla oyunda yaşanan məğlubiyyətə hansısa don geyindirmək olmaz.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Noyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri