Bakı və Kiyev arasında strateji enerji dialoqu: Zelenski Əliyevə təşəkkür etdi
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və Ukrayna Prezidentləri enerji tərəfdaşlığını müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Prezident İlham Əliyevlə görüşü barədə paylaşımında bildirib.
Zelenski görüşdə enerji dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Onu enerji sistemində ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturumuza zərbələrinin nəticələri ilə bağlı məlumatlandırdım. Son enerji dəstək paketinə görə minnətdaram. Biz ikitərəfli əlaqələrdə olan inkişaf və Azərbaycanın marağında olan enerji layihələrinin icrası barədə fikir mübadiləsi apardıq. Biz həm də sülhə nail olmaq məqsədi daşıyan danışıqlar prosesinə də diqqət ayırdıq”,- Zelenski qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Fevral 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















