Kanada Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayırıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 18 noyabr, AZƏRTAC
Kanada Ukraynaya silah və sursat tədarükü üçün əlavə 31,5 milyon dollar vəsait ayırıb. Həmçinin Kiyevə yerli istehsal olan 1,6 milyon patron veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Sənədə əsasən, Çexiyanın Ukrayna Silahlı Qüvvələrini sursatla təmin etmək təşəbbüsü çərçivəsində 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları) ayrılacaq. Bundan əlavə, MX-15D hədəf təyinetmə sistemlərinin alınmasına 80 milyon Kanada dolları (55,9 milyon ABŞ dolları) yönəldiləcək.
Bununla da Kanadanın 2022-ci ilin fevralından bəri Ukraynaya silah tədarükü üçün ayırdığı vəsaitin ümumi məbləği 5,9 milyard dolları ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Noyabr 2026 07:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















