ABŞ İrana qarşı əməliyyatda müddəti bitmiş sursatlardan istifadə edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı “Epik Qəzəb” əməliyyatı zamanı istifadə müddəti başa çatmış bəzi sursatlardan yararlanıb.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri katibinin səlahiyyətlərini icra edən Hunq Kao Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bəzi sursatların texniki kodları dəyişdirilərək istifadəyə yararlı vəziyyətə gətirilib. Kao bu prosesi müddəti keçmiş ərzağın yenidən istifadəyə hazırlanması ilə müqayisə edib.
O, həmçinin İranla müharibənin ABŞ Hərbi Dəniz Qüvvələrinin silah ehtiyatlarına ciddi təsir göstərdiyini, sursat çatışmazlığı və istehsal imkanlarının məhdudluğunun əlavə çətinliklər yaratdığını qeyd edib.
Kao bildirib ki, hərbi hazırlığı qorumaq və azalan silah ehtiyatlarını bərpa etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2026 07:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















