Icma.az
close
up
RU
Bakı və Kiyev: münasibətlər dinamik inkişaf edir

Bakı və Kiyev: münasibətlər dinamik inkişaf edir

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Qəbələdə keçirilən görüşlərdə bir daha bu səfərin siyasi, iqtisadi və strateji əhəmiyyəti dövlət başçıları tərəfindən vurğulandı. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd ildə yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq platformalarda baş tutan təmaslar iki ölkə arasında yüksək səviyyəli dialoqun davamlı olduğunu göstərir. Bu, Azərbaycan–Ukrayna münasibətlərinin sistemli və strateji əsaslara söykəndiyini təsdiqləyir.

Dövlət başçımızın da qeyd etdiyi kimi, iki ölkə arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Sözügedən sənədlərdə də qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək xüsusi yer tutur. Bu yanaşma, xüsusilə beynəlxalq münasibətlərdə gərginliklərin artdığı bir dövrdə tərəflərin bir-birinə verdiyi siyasi dəstəyin əhəmiyyətini daha da artırır.
Səfər çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən biri də iqtisadi və energetika sahəsində əməkdaşlıq olub. Cənab Prezident də qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə yeni layihələr üçün geniş imkanlar mövcuddur. Enerji sahəsində tərəfdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır, eyni zamanda yeni investisiya təşəbbüslərini də əhatə edir.
Danışıqlar zamanı ticarət əlaqələrinin inkişafı da diqqət mərkəzində olub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi yarım milyard dolları ötüb və yaxın illərdə bu rəqəmin daha da artacağı gözlənilir. Bu isə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün real potensialın mövcudluğunu göstərir.
Səfərin mühüm məqamlarından biri də hərbi-texniki əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub. Hər iki ölkədə müdafiə sənayesinin inkişaf etdiyi nəzərə alınaraq, birgə istehsal və texnologiya mübadiləsi istiqamətində böyük perspektivlərin olduğu vurğulanıb. Bu sahədə əməkdaşlıq təkcə təhlükəsizlik baxımından deyil, həm də sənaye inkişafı baxımından əhəmiyyətlidir. Yeri gəlmişkən, bu əməkdaşlıq müdafiə xarakterlidir və müasir texnologiyaları, o cümlədən anti-dron sistemlərini əhatə edir. Bununla belə, Azərbaycan münaqişənin hərbi komponentində iştirak etmir. Rəsmi Bakı hər zaman olduğu kimi, bütün tərəflərlə bərabərhüquqlu şəkildə əlaqələrini inkişaf etdirir.
Qəbələ görüşündə tərəflər hökumətlərarası komissiyanın və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi barədə də razılığa gəliblər. Bu mexanizmlər əməkdaşlığın institusional əsaslarını gücləndirir və əlaqələrin davamlı inkişafını təmin edir.
Ən vacib məqamlardan biri Azərbaycanın xarici siyasətində humanitar dəyərlər, münaqişələrdən əziyyət çəkən xalqlara dəstək və beynəlxalq həmrəylik əsas prioritetlərdən biri kimi çıxış etməsidir.
Uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan müharibələrin insan həyatına, xüsusilə də uşaqlara vurduğu zərbələri yaxşı anlayır. Məhz buna görə də Ukraynadan olan uşaqlar üçün Azərbaycanda reabilitasiya proqramlarının təşkili xüsusi əhəmiyyət daşıyır. Bu proqramlar yalnız fiziki deyil, psixoloji sağlamlığın bərpasına yönəlib. Yaxın perspektivdə ukraynalı tələbələr üçün də oxşar təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır ki, bu da humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addımdır.
Humanitar dəstək bununla məhdudlaşmır. Bu ölkənin enerji infrastrukturunun zərər görməsi nəticəsində yaranan çətinliklər fonunda Azərbaycan tərəfindən elektrik generatorlarının göndərilməsi mülki əhalinin, xüsusilə xəstəxanaların fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib. Bu addımlar Azərbaycanın davamlı humanitar dəstək iradəsini nümayiş etdirir.
Ümumilikdə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurulan Azərbaycan-Ukrayna əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Qəbələ görüşü isə bu istiqamətdə mühüm addım oldu.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri