Icma.az
close
up
RU
Bakı və Pekin sülh və sabitliyi birgə təşviq etmək niyyətindədirlər

Bakı və Pekin sülh və sabitliyi birgə təşviq etmək niyyətindədirlər

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan beynəlxalq arenada Çinlə qarşılıqlı əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin beynəlxalq xəbər televiziya kanalı CGTN-nin saytında dərc olunan məqaləsində deyilir.

"Biz beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrimizi gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə müdafiə etmək və regional və qlobal sülh, sabitlik və inkişafa birgə töhfə vermək əzmindəyik. Nəticədə, biz Strateji Tərəfdaşlıq Bəyannaməsinə beynəlxalq hüququn əsas prinsiplərini - ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, təcavüz etməmək, daxili işlərə qarışmamaq prinsiplərini daxil etdik ki, bunlar həmişə iki ölkəmiz üçün vacib olub", - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan həmişə vahid Çin siyasətini dəstəkləyib və dəstəkləyəcək.

"Biz qəbul edirik ki, yalnız bir Çin var və ÇXR hökuməti onu təmsil edən yeganə qanuni hökumətdir. Biz Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edirik və Tayvanın müstəqilliyinin hər hansı formasına qəti şəkildə qarşıyıq. Bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra son onilliklər ərzində bizim ardıcıl mövqeyimiz olub", - deyə Məmmədov bildirib.

Ticarət-iqtisadi əlaqələrin uğurlu inkişafından danışan nazir müavini qeyd edib ki, Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşı sırasında və əsas idxal mənbələrindən biri olaraq qalır.

"Biz ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərin davamlı və dinamik inkişafını yüksək qiymətləndiririk. 2024-cü ildə Azərbaycan və Çin arasında əmtəə dövriyyəsi əvvəlki illə müqayisədə 20% artıb. Bu gün Azərbaycanda Çin kapitalının iştirakı ilə təxminən 300 şirkət fəaliyyət göstərir və biz onların sayının daha da artacağını gözləyirik. Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləmək üçün biz müxtəlif sahələrdə, xüsusilə də energetika sahəsində əməkdaşlığı fəal şəkildə təşviq edirik. Qalıq yanacaqlar sahəsində ənənəvi tərəfdaşlıq tədricən yaşıl enerji layihələri ilə tamamlanır. Çin şirkətləri artıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafında iştirak edirlər", - deyə o əlavə edib.

E.Məmmədov, həmçinin insanlar arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb, 2024-cü ilin iyul ayından etibarən Çin vətəndaşları Azərbaycana vizasız səyahət edə bilərlər ki, bu da "gözlənildiyinə görə, turist axınına müsbət təsir göstərəcək".

"Qeyd etmək lazımdır ki, Çindən Azərbaycana səyahət edən turistlərin sayı son bir ildə iki dəfə artıb. Bundan əlavə, bu artıma Pekin və Urumçidən Bakıya birbaşa uçuşların təqdim edilməsi kömək edib. Hazırda viza azadlığı bir il müddətində qüvvədə olsa da, biz onu qeyri-məhdud və qarşılıqlı etmək üçün fəal şəkildə çalışırıq", - deyə nazir müavini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri