Icma.az
close
up
RU
Bakı və Sumqayıtda evləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Nə qədər kompensasiya verilməlidir? REAL RƏQƏMLƏR KONKRET

Bakı və Sumqayıtda evləri sökülən vətəndaşların NƏZƏRİNƏ: Nə qədər kompensasiya verilməlidir? REAL RƏQƏMLƏR KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakı və Sumqayıt şəhərlərində həyata keçirilən söküntü prosesi ilə bağlı kompensasiya məsələləri diqqət mərkəzindədir. Əhali üçün təklif olunan məbləğlər əraziyə və layihənin xüsusiyyətlərinə görə dəyişir.

Maraqlıdır, indiki bazar qiymətinə görə Bakı və Sumqayıtda evlər sökülərkən vətəndaşa nə qədər kompensasiya verilməlidir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, Bakı geniş ərazini əhatə edir və bu da qiymətlərin müxtəlifliyinə səbəb olur.

“Səbail və Yasamal kimi rayonlarda qiymətlər fərqlənə bilər. Hətta eyni rayonun müxtəlif ərazilərində də qiymətlərin başqa olması mümkündür. Bu səbəbdən konkret rəqəm demək doğru olmaz. Məsələn, şəhərdə elə mənzillər var ki, kvadratmetri 1000-1200 manat aralığındadır, amma elələri də var ki, qiyməti 10-15 min manata qədər yüksəlir. Bu səbəbdən qiymət göstərmək ədalətsiz ola bilər. Ən düzgünü qiymətlərin bazar dəyərinə uyğun müəyyənləşdirilməsidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, zaman keçdikcə bazarda dəyişikliklər baş verə bilər və təkliflər də həmin dövrün bazar şərtlərinə əsaslanmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə saytımıza açıqlamasında bildirir ki, əgər əmlak dövlət ehtiyacı üçün alınmırsa, vətəndaş qiyməti özü müəyyən etməkdə sərbəstdir.

“Sadəcə olaraq, tərəflər danışıqlar yolu ilə ortaq məxrəcə gəlməlidirlər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə KONKRET.az-a açıqlamasında qeyd edir ki, əslində, Bakı şəhərində daşınmaz əmlakın qiymətləri kəskin şəkildə fərqlənir. Sumqayıt isə daha kiçik bir şəhərdir və burada orta qiymətlər 1500-2000 manat arasında dəyişir. Bakı isə daha böyük və müxtəlif zonalara malik olduğuna görə, qiymətlər yüksəkdir.

“Kompensasiyalara gəldikdə isə, burada orta bir rəqəm göstərmək düzgün deyil. Hər bir vətəndaşa verilən kompensasiya fərdi xarakter daşıyır və bu, olduqca vacib məsələdir. Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qüvvədədir və bu ildən etibarən Qiymətləndirmə Palatası da fəaliyyətə başlayıb. Əgər hər hansı ərazidə və ya binada söküntü işləri aparılırsa və vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilmirlərsə, hər iki tərəf üçün ən düzgün yol qiymətləndiricilərə müraciət etməkdir. Qiymətləndiricilərin təqdim etdiyi obyektiv və ortaq dəyər əsasında kompensasiya təyin olunmalıdır”.

Ekspert əlavə olaraq qeyd edib ki, bu, fərdi bir məsələdir və hər bir mənzil ayrıca qiymətləndirilməlidir.

“Çünki mənzilin yerləşdiyi yer, mərtəbəsi, ümumi sahəsi və xüsusilə də təmir vəziyyəti qiymətə birbaşa təsir göstərir. Buna görə də, hər söküləcək binada yerləşən mənzillər ayrıca qiymətləndirilməli və bu proses “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun şəkildə aparılmalıdır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından vacibdir”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri