Icma.az
close
up
RU
Bakı və Sumqayıtın müxtəlif ərazilərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayır

Bakı və Sumqayıtın müxtəlif ərazilərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 25-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakının daha yeddi ərazisində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçiriləcək. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan yarmarkalar Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində (köhnə “Şərq bazarı”nın yaxınlığı), Bakıda isə metronun “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. “Kənddən Şəhərə” yarmarkaları dekabrın 29-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha çox istehlakçıya çatdırmaq, bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının təmin olunmasına xüsusi önəm verilir.

Yarmarkalarda ölkənin 40-a yaxın regionundan iştirak edəcək 160-a yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq çeşiddə məhsulu satışa çıxaracaqlar.

Qeyd edək ki, təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri