Bakı və Vilnüsdə yanvar hadisələrinin qurbanları anılıb FOTO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Litva səfirliyi ilə birgə Azərbaycan xalqının 20 Yanvar və Litva xalqının 13 Yanvar faciələrinin ildönümünə həsr olunmuş “Yaddaş yaşayır, çünki şahidlik edir” adlı anım tədbiri keçirilib.
APA xəbər verir ki, tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Muzeyin icraçı rəhbəri Günay Əliyeva çıxışında 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxdığını bildirib.
O qeyd edib ki, tədbirin məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda verdiyi qurbanların xatirəsini yad etmək, tarixi yaddaşı qorumaq və beynəlxalq həmrəyliyi nümayiş etdirməkdir.
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus 20 Yanvar və 13 Yanvar hadisələrinin tarixi əhəmiyyətini vurğulayıb, bu faciələrin xalqların azadlıq mübarizəsində dönüş nöqtəsi olduğunu qeyd edib.
Ardınca, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev ekspert qismində çıxış edib.
Tədbir çərçivəsində 20 Yanvar və 13 Yanvar faciələrinə həsr olunmuş video və fotoçarx nümayiş etdirilib. Materiallar hər iki ölkədə baş verən hadisələrin tarixi xronikasını, insan talelərini və azadlıq uğrunda mübarizəni əks etdirib.
Proqramın mühüm hissələrindən biri Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinin təşkili olub. Sərgidə nümayiş olunan əsərlər uşaqların sülhə, azadlığa və insan dəyərlərinə baxışını ifadə etməklə yanaşı, faciələrin gələcək nəsillərin yaddaşında yaşadılmasının vacibliyini ön plana çıxarıb.
Tədbir klassik musiqi konserti ilə davam edib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında təqdim olunan yerli və xarici bəstəkarlara məxsus klassik musiqi əsərləri anım tədbirinə xüsusi mənəvi ab-hava qataraq, faciə qurbanlarının xatirəsinə ehtiramın musiqi dili ilə ifadəsinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















