Icma.az
close
up
RU
Dünəni məhv etdin, barı sabahı düşün, AFFA!

Dünəni məhv etdin, barı sabahı düşün, AFFA!

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Filmin də yox, serialımızın mənfi obrazı yenə AFFA-dır - Azərbaycan Futbol Federasiyası Assosiasiyası. O qədər qol-budaq açıb böyüyən problemləri var ki, onları filmə yox, ancaq 7-8 sezonluq seriala sığdırmaq olar. Hesabat vədəsi çatanda özünü gözəl, göyçək, aydan arı, sudan duru, işyarıdan qurum kimi təqdim edən federasiya, nələrisə dəyişmək əvəzinə yenə buraxdığı səhvlərə həmişəki kimi davam edir. Problemləri sadəcə “xalçanın altına” süpürür.

Bineyi-qədimdən olduğu kimi, hazırda da əsas milli komandamızın ürəkaçan olmayan nəticələri fonunda ümidimizi gənclərə bağlamışıq. Nə acı həqiqətdir ki, orada da vəziyyət yamandır. İşartı belə yox, səbəb sadə. Çünki AFFA-da rəhbərlik dəyişsə də, düşüncə tərzi, idarəetmə fəlsəfəsi və futbol siyasəti olduğu kimi qalır.

Belə ki, federasiya illərdir heç bir real fayda verməyən milliləşdirmə siyasətini yenidən gündəmə gətirməyə hazırlaşır. Görünür, yerli futbolçu hövzəsindən əlini üzən, perspektiv görməyən, buna inanmayan və reallaşması üçün heç bir iş görməyən qurum yenə alman əsilli türklərdən və ya soykökündə azərbaycanlı qanı olmayan futbolçulardan “yerli Messi” və “Ronaldo” düzəltmək xülyasındadır.

Maraqlıdır, bu mənasız və artıq boyatlaşmış proses uğruna daha nə qədər vəsait havaya sovrulacaq? Almaniyada akademiyalar açıldı – nəticə olmadı. Türklərdən futbolçu istənildi – alınmadı. Vaxtilə ulu babasının yolu sadəcə Bakıdan keçib deyə adını azərbaycanlıya çıxarıb futbolçuları milliləşdirdin – yenə olmadı. İndi də bu kolxoz oyununu atmısız ortaya. Axı bu qədər inadkarlığın səbəbi nədir? Biri çıxıb bunun səbəbini cəmiyyətə izah edəcək?

Bir futbolçunun ki, Azərbaycanla, Azərbaycan futboluyla əlaqəsi yoxdur, sənin ölkəni vətəni, dilini öz dili hesab etmir, qəbul etmir, ondan nə umursan? Fransa, Almaniya kimi milli komandaları nümunə gətirib futbol cahilliyi etmədən deyim ki, o qaradərili, əsli başqa millətdən olan futbolçuların hamısı məhz həmin ölkələrin futbol məktəblərinin, akademiyalarının yetirmələridir. Amma bir şey ki, sən futbolçuya pullar tökəcəksən, minnətlə, xahişlə milli formamızı geyindirəcəksən, ondan nə fayda almağı düşünürsən? Fatih Terim illər əvvəl Mesut Özili Türkiyə yığmasına dəvət edəndə Mesut demişdi ki, mən özümü türk yox, alman kimi hiss edirəm. Hamı düşdü Terimin üstünə ki, Mesutu Türkiyə millisini seçməsi üçün razı salmaq lazımdır. Dövrün baş məşqçisi Terim bu mövzuya nöqtəni belə qoymuşdu: O özünü türk hesab etmir. Almaniyanı seçmək istəyir. Mən bir futbolçuya xahişlə, pulla bu milli formanı geyindirəcəmsə, onda məni çarmıxa gərin...
Bəs bizim milli qürurumuza nə oldu?! Maraqlıdır ki, indiyə kimi yalvar-yaxarla milliləşdirdiyimiz adamların heç birindən xeyir də görməmişik. Həmin milliləşdirilmiş, yarıtmaz futbolçuların adlarını çəksəm, yazı bəlkə 10 min işarəyə çatar.

Alınmır da, AFFA qardaş, əlini üz. Niyə dirəşirsən? Gəl yolunu dəyiş. Sükanı biz tərəfə – rayonlarımıza, ucqar kəndlərimizə, ora da uzaqdırsa, Bakının futbol meydançalarına çevir. Orada onlarla özünə inanan, bacarıqlı və istedadlı gənc var. Sənin real gələcəyin məhz onlardır.

Ulu öndər Heydər Əliyevin məşhur fikrini sizə xatırlatmaq lap yerinə düşür: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.”.

Gəlin bu daşı ətəyinizdən tökün. Gələcək üçün sağlam təməllər atın. Federasiya nümayəndələrinin stadionlara formal “baxış keçirməsini”, gənclərin vəziyyətinə baxmadan “əladır, belə davam!” deməsini, iki-üç foto paylaşmaqla böyük işlər görüldüyü görüntüsünü yaratmağı bir kənara qoyun.

Axı söhbət Azərbaycan futbolunun sabahından gedir. Məsuliyyəti birbaşa sizin qurumda olan şeydən. Dünəni, bu günü məhv etdiniz, barı sabahı düşünün…

"Sumqayıt" Xorvatiya klubuna qarşı “Neftçi” sonuncu yoxlama oyununa çıxacaq - YENİLƏNİR I Liqa klubu millinin üzvü ilə yolları ayırıb “Qarabağ” bu gün iki oyun keçirəcək "Neftçi"nin futbolçusu millidən çıxarılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri