Icma.az
close
up
RU
Bakı Xoreoqrafiya Akademiyasında Prezident İlham Əliyevin ad günü münasibətilə tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında Prezident İlham Əliyevin ad günü münasibətilə tədbir keçirilib

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ad günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, media və incəsənət nümayəndələri ilə yanaşı, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının Tarix üzrə fəlsəfə doktoru, dosent Məmmədağa Baxışov və Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. 

Ədəbi və bədii hissədən ibarət olan tədbirdə orta ixtisas təhsili pilləsinin tələbələrinin çıxışlarında İlham Əliyevin həyat və fəaliyyəti, dünya siyasi arenasında mövqeyi, Qarabağ müharibəsində onun başçılığı altında Milli Ordumuzun əldə etdiyi şanlı qələbəyə dair məlumatlar verilib, şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş olunub. 

Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsinin müəllimləri: Mehriban Haqverdiyeva və Aygül Qurbanovanın təşəbbüsü ilə nəşr edilən “Qalib sərkərdə” adlı jurnalın təqdimetmə mərasimi keçirilib. 

Jurnal Prezidentin həyat yolu və eyni zamanda apardığı uğurlu siyasətin, Qarabağ müharibəsi, Xarıbülbül festivalı, COP-29 və digər dövlət əhəmiyyətli fəaliyyət sahələrindən bəhs edən məqalələr toplusudur. 

Jurnalın baş redaktoru BXA orta ixtisas təhsili pilləsinin direktoru Xatirə Tahirova, redaktorları- Pərvanə Həsənova, Lalə Haqverdiyeva, Aysel Əhmədova, dizayneri isə Pərvin Quliyevadır.

Tədbirə dəvət olunan qonaqlar çıxışları zamanı ictimaiyyət adından ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər. 

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Dövlət başçımız İlham Əliyevin zəngin həyat və siyasi fəaliyyətini, milli-mənəvi dəyərləri, azərbaycançılıq ideologiyasını özündə əks etdirən kitab sərgisi nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri