BakıAğstafaBakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QCS (ADY) COP29 günlərində artan sərnişin tələbatını təmin etmək məqsədilə 17 noyabr tarixində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən Bizim.Media-ya bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,
- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər
- sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Bizim.Media
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















