Bakıda 10 ildən çoxdur küçədə yaşayan kişi: Övladlarımı biabır etmək istəmirəm VİDEO
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.
O, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.
"Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm", - deyə o söyləyib.
M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.
Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.
"Sözügedən şəxs içki aludəçisidir. Agentliyin həssas əhali qruplarına aid edilən şəxslər üçün sığınacaq və ya Sosial Reabilitasiya Müəssisəsinə yoluxucu xəstəlikləri, spirtli içki aludəçiliyi və narkotik asılılığı kimi vərdişləri olan şəxslərin qəbul edilməsi orada yaşayan digər vətəndaşların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun ilkin olaraq tibbi reabilitasiyaya cəlbi həyata keçirilərsə, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq", - deyə qurumdan bildirilib.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 Dekabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















