Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

BAKIDA 10 MİLYARDLIQ TRAMVAY LAYİHƏSİ GERÇƏKLƏŞƏCƏKMİ? “Son vaxtlar bizdə bu sahədə bərbad qərarlar verilir” AzPolitika onlayn siyasiictimai qəzet

BAKIDA 10 MİLYARDLIQ TRAMVAY LAYİHƏSİ GERÇƏKLƏŞƏCƏKMİ? “Son vaxtlar bizdə bu sahədə bərbad qərarlar verilir” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu günlərdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində görülən işlərlə bağlı keçirilən brifinq zamanı maraqlı bir məsələyə toxunub. Nazir müavini Bakıda tramvay xətlərinin bərapasından söz açıb və sözügedən layihənin icrası istiqamətində işlərin davam etdiyini bildirib.

R.Hümmətov Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilərin müəyyənləşdirildiyini deyib: “Metro və ya dəmiryolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər”.

Məlumat üçün bildirək ki, Bakıda tramvay nəqliyyatı ilk dəfə 1924-cü ildə istifadəyə verilib. O dövr üçün tramvaylar həm ictimai nəqliyyatın əsas hissəsi idi, həm də şəhər üçün müasirlik simvolu sayılırdı. 1980-ci illərə qədər Bakıda geniş tramvay şəbəkəsi mövcud olub. Həmin vaxt şəhərin əsas hissələrini birləşdirən bu nəqliyyat növü yüz minlərlə sərnişinə xidmət edirdi. Ancaq iqtisadi və texniki problemlər, eləcə də şəhərsalma ilə bağlı məsələlər, alternativ nəqliyyat növlərinin inkişafı kimi amillərə görə, Bakıda tramvay xətləri intensiv şəkildə zamanla azaldıldı. 1990-cı ildə tramvay yollarının uzunluğu 46,6 km, 1999-cu ildə 35,9 km, 2003-cü ildə isə 22,0 km olub. Bakıda tramvay xətləri 2004-cü ildə tamamilə ləğv edilib. Metronun “Xətai” stansiyasından Montin bazarına qədər uzanan sonuncu tramvay xətti sökülüb və bununla şəhərin tramvay nəqliyyatı dövrü başa çatıb.


Tramvay nəqliyyatının hansı xüsusiyyətləri və üstünlükləri var?

Əslində bu nəqliyyat növü infrastruktur və saxlanma xərcləri, ekoloji təmizliyinə və bir çox digər xüsusiyyələrinə görə həm metro, həm də avtobus nəqliyyatından üstün hesab olunur. Məsələn, bu gün tramvay sisteminin yaradılması metro tikintisindən dəfələrlə ucuz başa gəlir. Hazırda 1 km metro xətti – 50-100 milyon dollar vəsait tələb edirsə, tramvay xətti üçün bu məbləğ – 10-20 milyon dollar civarındadır. Digər tərəfdən, əgər orta ölçülü avtobus şəhərdə saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq iqtidarındadır. Günün pik saatlarında tramvaya əlavə vaqonlar qoşmaq da mümkündür. Bir tramvayın istismar müddəti isə 40 ildən artıqdır.

Müasir tramvay vaqonlarının qiymətlərinə gəlincə, bu məbləğ təxminən 1-2 milyon ABŞ dolları arasında dəyişir. Ekspertlərə görə, Bakıda şəbəkənin böyüklüyünə görə, 20-30 tramvay kifayət edə bilər, bu isə ümumilikdə təxminən 20-60 milyon ABŞ dolları xərc deməkdir. Müasir tramvayların maksimal sürəti isə 70-80 km/saatdır. Bakının mərkəzi hissəsində tıxaclar və piyadaların hərəkəti səbəbindən orta sürət həddinin 30-35 km/saat olacağı proqnozlaşdırılır. Müasir tramvaylar adətən 200-300 sərnişin daşıma tutumuna malikdir. Xətlərin sayından və hərəkət tezliyindən asılı olaraq, bir tramvay gündəlik 5000-10000 sərnişin daşıya, ümumilikdə bu sistem gündəlik 50000-200000 sərnişinə xidmət göstərə bilər.

İlkin hesablamara görə, müəyyən yerlərdə binaların sökülməsi, orada infrastrukturun qurulmasını və planın reallaşması üçün tələb olunan maliyyə təqribən 10 milyard manatı keçir. Layihənin kifayət qədər böyük vəsait tələb etməsi sözügedən məsələnin gerçəkləşmə ehtimalını bir qədər azaldır.

Bəs yaxın gəlcəkdə hökumət bu sahəyə 10 milyardlıq investisiya qoyuluşunda maraqlı ola bilərmi?


Mövzu ilə bağı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində sözügedən layihənin gerçəkləşməsinin mümkün olduğunu deyib. Ekspertə görə, layihə yaxın bir il ərzində olmasa da, qarşıdakı illərdə həyata keçirilə bilər: “Qarabağ və Şərqi Zəngəzurun bərpasına bu ilin büdcəsi də daxil olmaqla, son 4 ildə 22 milyard manat vəsait xərclənib. Təbii ki, bu xərcləmələr davam edəcək. Hazırda infrastruktur, nəqliyyat və energetika sahəsində işlər görülür və bu layihələr kifayət qədər vəsait tələb edir. Ancaq qarşıdakı illərdə bu xərcləmələr tədricən azalacaq. Beləcə investisiya qoyuluşu digər sahələrə yönəldiləcək. İllər üzrə mümkündür ki, tramvay layihəsinə də büdcədən vəsait ayrılsın. İlkin olaraq 10 milyard manat smeta deyilib. Amma bu hələ dəqiq rəqəm deyil”.

“Bakıda çox təəssüf ki, son 30 ildə yerüstü nəqliyyat vasitələrinin inkişaf etdirilməsi diqqətdən kənarda qalıb, zəruriliyi undulub. Son vaxtlar bizdə bu sahədə bərbad qərarlar verilir. İnsanları ictimai nəqliyyata yönləndirmək üçün könüllü metodlardan yox, məcburi yollardan istifadə edirlər. Məsələn, taksinin, benzinin, parkinqin qiymətini bahalaşdırırlar ki, əhali məcbur qalıb ictimai nəqliyyata üz tutsun. Bir sözlə rahat üsulla gedirik, amma bu, həll yolu deyil. Eyni zamanda, qeyd edim ki, avtobus zolaqları da effektiv vasitə deyil. Yol ayrıcına girən zaman gəlib yenə tıxacda qalırsan. Hesablama da yoxdur ki, avtobus zolağı yaradılandan sonra mənzil başına çatma müddəti nə qədər azalıb.

Digər tərəfdən, metroya baxsaq, son 30 ildə 5-6 metrostansiya inşa olunub. Bu gün Gənclikdən Dərnəgülə düz xətt üzrə yolun uzunluğu 2-3 km-dir. Amma metro ilə bu yolu getmək yarım saat vaxt alır. Çünki hər şey bir xəttin üzərində toplanıb. Məsələn, “Həzi Aslanov” metrostansiyasından “28 May”-a gəlirsən və burada xətlər ayrılır. Yəni, metromuz budur. Bir düz xətt var və sən məcbursan ki, 1 saatdan çox yol gedəsən. Bu gün Moskvanın ərazisi də, əhalisi də Bakıdan 5 dəfə çoxdur. Amma metro sistemi elə qurulub ki, şəhərin bir başından o başına 30-40 dəqiqəyə çata bilirsən. İndi deyirlər ki, 10 əlavə stansiya da olacaq. Bunlar kəsişən, paralel xətlər kimi tikilməlidir”,- ekspert bildirib.

X. Kərimli qeyd edib ki, tramvay layihəsinin gerçəkləşməsi zəruri bir addım hesab olunmalıdır: “Çünki ictimai nəqliyyat inkişaf etdirilməsə, Bakı müasir standartlara cavab verməyəcək. Tək tramvay xəttinin açılması da, tıxacları tam aradan qaldırmayacaq. Ancaq ictimai nəqliyyat və yaşam keyfiyyəti artacaq. Əslində tıxacları tam aradan qaldırmaq da mümkün deyil. Sadəcə bu gün rəsmi statistikada 3 milyon əhalinin yaşadığı Bakı üçün hazırki tıxacların miqyası böyükdür”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri