Bakıda 10 yeni stansiya inşa EDİLƏCƏK
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə inşa ediləcək yeni stansiyaların platformaları digər stansiyalardan fərqli olacaq.
Milli.Az xəbər verir ki, bunu "Oxu.Az"a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yeni stansiyaların platformaları "qırmızı" və "yaşıl" xətt üzrə fəaliyyət göstərən stansiyaların platformasından böyük olacaq:
"Hazırda istismarda olan "qırmızı xətt" üzrə stansiyaların platformalarının uzunluğu 102-105 metrdir. Həmin stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma "bənövşəyi xətt" üzrə inşa edilən və yeni tikiləcək stansiyaların platformalarının uzunluğu 144 metrdir. Həmin xətt üzrə hərəkət edəcək qatarlar yeddi vaqondan ibarət olacaq".
B.Məmmədov bildirib ki, yeni inşa ediləcək "yaşıl xətt" üzrə stansiyalar da beşvaqonluq qatarlar üçün nəzərdə tutulacaq.
Xatırladaq ki, 2030-cu ilə qədər Bakı Metropoliteninin "yaşıl" və "bənövşəyi" xətləri üzrə 10 yeni stansiya inşa edilərək istifadəyə veriləcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 May 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















