Icma.az
close
up
RU
Bakıda 14 gəmi inşa olunacaq

Bakıda 14 gəmi inşa olunacaq

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakı Gəmiqayırma Zavodu” MMC daha 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında deyib. Bakı Gəmiqayırma Zavodunun ümumi investisiya həcminin 498 milyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdıran nazirlik rəsmisininin sözlərinə görə, müəssisədə indiyədək 12 gəmi istehsal olunub. Həmin gəmilərin ümumi sifariş dəyəri isə 628 milyon dollardır. Bununla yanaşı, ötən müddətdə istər Azərbaycana, istərsə də Xəzər dənizi hövzəsindəki ölkələrə məxsus 200-dən çox gəmi təmir edilib.

E.Şiriyev bildirib ki, yeni müqavilələrdə nəzərdə tutulmuş gəmilərin tikintisi mərhələli şəkildə həyata keçiriləcək. Bunlardan 11-i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, 1-i Azərbaycan Dövlət Neft Şirkəti, 1-i Bakı Beynəlxalq Dəniz Limanı, digəri isə Fövqəladə Hallar Nazirliyi tərəfindən sifariş edilib. Yeni müqavilələrin ümumi dəyəri 292 milyon dollar təşkil edib: “Əlavə olaraq, iki ədəd quru yük gəmisinin tikintisi ilə bağlı ASCO, eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə 1 ədəd patrul gəmisinin, Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Ports Company” şirkəti ilə 2 ədəd konteyner daşıma gəmisinin, Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyası ilə 5 ədəd tankerin və “Cristal” şirkəti ilə 2 ədəd quru yük gəmisinin tikintisi ilə bağlı danışıqlar davam edir”.

Nazirlik rəsmisi onu da deyib ki, zavodda subpodratçılar da daxil olmaqla 1400 nəfər işlə təmin edilib. Yeni layihələr çərçivəsində isə daha 2 min 200 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see390

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see379

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see359

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see352

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see309

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see284

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see209

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see207

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see190

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see171

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see168

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see165

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see164

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see160

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see159

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see156

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see153

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see153

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see150

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri