Icma.az
close
up
RU
12 gün sonra nələr olacaq?

12 gün sonra nələr olacaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün həmlələrinə davam edir.

O, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinə Ukraynadakı müharibəni dayandırmaq üçün 50 gün möhlət vermişdi.

Lakin Ağ Ev rəhbəri daha sonra bu möhləti çox hesab edərək, onun vaxtını azaltdı. Son məlumatlara əsasən, 10-12 gün içərisində Putin Ukraynadakı müharibəni dayandırmaq üçün addım atmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Maraqlıdır, Putin bu müddət ərzində müharibəni dayandırmaq üçün həmlə edəcək, yoxsa Trampın hədəsinə əhəmiyyət verməyəcək?

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, əslində Tramp tərəfindən verilən 50 gün vaxt Rusiyanın bundan nəticə çıxarmasına və Ukrayna ilə müharibadə atəşkəsə razı olmasına hesablanmışdı:

“Tramp üçün Rusiya-Ukrayna cəbhəsində atəşkəs təkcə özünün imici baxımdan deyil, həm də ABŞ və Ukrayna arasında nadir metallarla bağlı imzalanmış sazişin işləməsi baxımından əhəmiyyətlidir.

Ukrayna ilə imzalanmış sazişə uyğun olaraq fəaliyyətə başlamaq üçün müharibənin dayanması şərtdir. Çünki heç bir şirkətin bombalar altında olan hansısa əraziyə investisiya yatırması və işə başlayaraq iqtisadi gəlir götürməsi mümkün deyil.

Amma Tramp gördü ki, Rusiya hakimiyyəti və konkret Putin onlara verilmiş zamandan sülh danışıqları üçün istifadə əvəzinə bu vaxtı yeni əraziləri işğal etməyə və mülki obyektləri hədəf almaqla Ukraynanı alçaldıcı sülhə məcbur etməyə sərf edir”.

Ekspert qeyd edib ki, Tramp müddəti azaltmaqla Rusiya tərəfinə çox ciddi olduğunun mesajını verdi:

“Təbii ki, bu qərarın qəbulunda digər amillər də rol oynadı. Təsadüfi deyil ki, Tramp tərəfindən bu qərar ABŞ və Avropa İttifaqı arasında imzalanmış ticarət anlaşmasından dərhal sonra qəbul olundu.

Bu isə o deməkdir ki, Avropa İttifaqı ABŞ-dən növbəti 3 ildə 750 milyard dollarlıq təbii qaz, neft və digər enerji daşıyıcıları almağı, eləcə də Amerika iqtisadiyyatına 600 milyard dollar investisiya qoymağı nəzərdə tutan sazişi təkcə ABŞ tərəfindən tətbiq olunan tarifləri yumşaltmaq üçün deyil, həm də Ukrayna məsələsində vahid mövqedən çıxış etməsi üçün imzalayıb.

Üstəlik, Avropa İttifaqı həm də ABŞ-dən milyardlarla dollarlıq silah alaraq Ukraynaya ötürməyi də öhdəsinə götürüb. Başqa sözlə, istənilən vəziyyətdə qazanan yenə də ABŞ-dir”.  

Politoloq hesab edir ki, Tramp tərəfindən verilən müddətin 10-12 günə endirilməsi Putinin mövqeyini dəyişməyəcək: 

“Çox guman ki, Putin müharibəni davam etdirəcək və tətbiq olunacaq ikinci dərəcəli sanksiyalara ayrı-ayrı ölkələrin necə reaksiya verəcəyinə baxacaq.
Sanksiyalar təsdiq olunar və işləyərsə, paralel olaraq Ukraynaya hərbi sahədə maksimum dəstək təmin edilərsə, ancaq o zaman Rusiya tərəfindən hansısa güzəştləri gözləmək olar. 

Yəni tək silah və ya texnika ötürüb Rusiya iqtisadiyyatına zərbə vurulmasa, bu bir nəticə verməyəcək. Eyni şəkildə sanksiyalar tətbiq edib hərbi dəstəyin davam etdirilməməsi də elə bir nəticə verməyəcək. Bu fəaliyyət paralel şəkildə həyata keçirilməlidir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Rusiya ABŞ Ukrayna Tramp Putin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri