Icma.az
close
up
RU
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək Bu ünvanlardan başlanacaq

Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək Bu ünvanlardan başlanacaq

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Söküləcək binaların yerində isə meşə tipli parkların salınacağı, yaşıllıq zonalarının artırılacağı planlaşdırılır.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov da danııb. O, bildirib ki, tikinti və söküntü işləri ilə bağlı çox ciddi və xüsusi normalar tətbiq olunacaq: "2040-cı ilə qədər Bakının mərkəzləri bir-birilə yaşıl koridorlar vasitəsilə bağlanacaq".

Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər adiyyəti dövlət qurumlarına göndərilib. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti maliyyə vəsaiti ödənilməklə köçürüləcəklər. Bina sakinləri mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. BAKU.WS Bakıda fərdi yaşayış evlərinin söküntüsünə hansı ərazilərdən başlanması barədə məlumat əldə edib. Belə ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.

Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. Bu sakinlərlə tam razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see129

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see129

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see121

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see121

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see118

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see113

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see112

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri