Icma.az
close
up
RU
Bakıda 3 gün leysan yağacaq

Bakıda 3 gün leysan yağacaq

Dekabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.

Düşən yağıntının miqdarı 3 mm-dək olub.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından ayın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.

AzNews.az

seeBaxış sayı:71
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri