Bakıda şadlıq sarayında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Müğənnilər də XƏSTƏXANAYA YERLƏŞDİRİLDİLƏR
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bakıda toyda kütləvi zəhərlənmə baş verib. Pravda.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 18-də, axşam saatlarında paytaxtın Xətai rayonu, general Mehmandarov küçəsində yerləşən "Venesiya" şadlıq sarayında qeydə alınıb.
Mərasim zamanı zəhərlənən 21 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Zəhərlənənlər arasında qonaqlarla yanaşı, toyda çıxış edən müğənnilərin də olduğu qeyd olunur.
İlkin ehtimallara görə, zəhərlənməyə səbəb qida məhsulları olub.
Faktla bağlı araşdırma aparılır.

Venesiya şadlıq sarayında kütləvi zəhərlənmə
19 Aprel 2025 01:32
Bakıda bu uşaq evində qoturluq aşkarlandı Xəstəxanaya yerləşdirildilər
04 Noyabr 2024 19:58
CARda kütləvi zəhərlənmə 50 şagird xəstəxanaya yerləşdirilib
15 Noyabr 2024 11:56
CARda kütləvi zəhərlənmə 50 şagird xəstəxanaya yerləşdirildi
15 Noyabr 2024 00:01
Bakıda şadlıq evində kütləvi DAVA
21 Aprel 2025 00:08

