Bakıda 33 idman federasiyasını bir araya gətirəcək sərgi keçiriləcək
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 27-28-də Bakı İdman Sarayında “ExpoSport Azerbaijan 2026” Azərbaycan beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisi keçiriləcək.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgidə 33 idman federasiyası, 10 şirkət və altı tərəfdaş iştirak edəcək.
Tədbirin məqsədi idman sahəsində yeniliklərin nümayiş etdirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqidir.
İki gün davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir texnologiyalar və avadanlıqlarla tanış ola biləcəklər.
Sərgi çərçivəsində ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Noyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















