Qvardiola milli komandanı çalışdıra bilər
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Xosep Qvardiola gələcəkdə milli komanda çalışdırmaq istədiyini bildirib.
QOL.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İspaniyalı mütəxəssis bu il İtaliya millisindən aldığı təklifi isə qəbul etməyib.
Qvardiola İtaliya Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar apardığını təsdiqləyib. O, milli komandaya rəhbərlik təklifini böyük şərəf hesab etsə də, həmin vaxt futbola fasilə vermək istədiyini deyib:
“Onlarla danışdım və bu, mənim üçün böyük şərəf idi. İtaliya millisinin baş məşqçisi olmağımı düşünmələri karyeramın ən böyük şərəflərindən biri idi. Ancaq təklif istirahətə ehtiyac duyduğum vaxta təsadüf etdi. Bu, bir-iki il əvvəl olsaydı, yəqin ki, razılaşardım. Çox sevdiyim Paolo Maldini və Leonardo mənimlə əlaqə saxlayanda artıq dayanmalı olduğum bir dövr idi”.
54 yaşlı mütəxəssis futboldan nə qədər uzaq qalacağını bilmədiyini, lakin gələcəkdə məşqçiliyə qayıtmaq istədiyini vurğulayıb:
“Futboldan nə qədər uzaq qalacağımı bilmirəm. Hazırda özümü çox yaxşı hiss edirəm. Amma bir gün futbola qayıtsam, bunun doğru vaxt olduğunu daxilən hiss etdiyim zaman olacaq”.
Qeyd edək ki, Qvardiola ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb. O, 10 il ərzində İngiltərə təmsilçisi ilə 6 dəfə Premyer Liqanın, 3 dəfə İngiltərə Kubokunun, 5 dəfə Liqa Kubokunun və 1 dəfə Çempionlar Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Noyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















