Icma.az
close
up
RU
Bakıda 34 yaşlı kişi öldürüldü, meyiti hissələrə bölünüb dərəyə atıldı Saxlanılanlar var

Bakıda 34 yaşlı kişi öldürüldü, meyiti hissələrə bölünüb dərəyə atıldı Saxlanılanlar var

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq aparılır.

11:48

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Avqustun 3-də Ağsu rayon sakini, 1977-ci il təvəllüdlü Fazil Feyzullayev Nəsimi rayonunda kirayədə birgə yaşadığı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevlə mübahisə edib. Mübahisə ailə söyüşünə görə olub. İ.Əliyev mübahisə zamanı F.Feyzullayevi söyüb. Nəticədə F.Feyzullayev otaq yoldaşını yatdığı yerdə qətlə yetirib. Daha sonra o, meyiti hissələrə bölüb sellofan torbalara yığaraq, gizlədib.

Hadisədən bir neçə gün sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və F.Feyzullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see216

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see135

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see129

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see125

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see124

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see123

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see121

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri