Icma.az
close
up
RU
Bakıda 18 yaşlı oğlan söyüş üstündə bıçaqlandı TƏFƏRRÜAT

Bakıda 18 yaşlı oğlan söyüş üstündə bıçaqlandı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonunda 2007-ci il təvəllüdlü Sərxan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Vüsalı (adlar şərti verilib – red.) bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 143A saylı binanın qarşısında baş verib. 
Sərxan orada 2009-cu il təvəllüdlü Vüsala yaxınlaşıb və onun bir neçə gün öncə həmin məhəllədə yaşayan azyaşlı Səidi vurmasını bəhanə edib.
İstintaqla müəyyən edilməmiş bıçaqla Vüsalı bir dəfə vurub. 
Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Vüsalı əvvəllər tanımayıb, onunla heç bir ədavəti və düşmənçiliyi olmayıb: “Tarixi dəqiq xatırlamadığı bir gündə, təxminən keçən ilin yay aylarında məhəllədə yaşayan yetkinlik yaşına çatmayan Səid və Samir adlı uşaqlar savaşdı. Səid  qohumu Vüsalı çağırdı. Vüsal gələrək Samiri itələdi. Samir də mənə bu barədə danışdı. Həmin vaxt Vüsalı görə bilmədim. Lakin mən hadisədən təxminən 10 gün sonra məhəllədə gördükdə ondan Səidi nə üçün itələdiyini soruşdum. Vüsal da məni söydü. Mən də əsəbləşərək başqa bir uşaqda gördüyüm bıçağı alaraq qayıtdım və Vüsala 3 dəfə həmin bıçaqla zərbə atdım. Lakin zərbələrdən yalnız biri onu tutdu. Vüsala xəsarət yetirdikdən sonra hadisə yerindən qaçaraq evimizə gəldim. Atama baş vermiş hadisə barədə məlumat verdim. Vüsalın müalicəsinə atam köməklik etməmişəm. Etdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalın sözlərinə görə, 2023-cü ilin təxminən iyun ayının ortalarında 2014-cü il təvəllüdlü dayısı oğlu Səidin məhəllədə yaşayan, həmyaşıdları Samir və Elmar adlı qardaşların döydüklərini görüb: “Həmin uşaqlara yaxınlaşaraq, birinə bir şillə vurdum, onları aralaşdırdım. Sonradan mənə məlum oldu ki, Elmar və Samir adlı qardaşlar qonşuluqda yaşayan Sərxan adlı şəxsə məndən şikayət ediblər. Sərxan da məni axtarıb. Mən Sərxandan kiçik olduğum üçün ondan qorxdum və gözünə görsənmədim. Bu hadisədən bir neçə gün sonra anam ilə birlikdə rayona getdim”. 
Zərərçəkmiş qeyd edib ki, rayondan qayıtdıqdan sonra, həmin gün saat təxminən 16 radələrində futbol oynamaq məqsədi ilə həyətə düşüb: “Adları yadımda qalmayan məhəllə uşaqları ilə birlikdə futbol oynadığımız zaman Sərxan yanımıza gəldi. Mənə Səidlə yenidən dava etməli olduğumu bildirdi. Mən isə Sərxana heç kimlə dava etməyəcəyimi dedim. Bundan sonra Sərxan mənim ünvanıma söydü. Mən də Sərxanın ünvanına söydüm Həmin anda Sərxan cibindən dəstəyi qırmızı rəngli qatlanan cib bıçağını çıxardı və mənim üzərimə hücum çəkdi. Bunu gördükdən sonra Sərxandan qaçaraq uzaqlaşmaq istədim. Bu zaman ayağım burxuldu və yerə yıxıldım. Həmin anda ayağa qalxaraq yenidən qaçmağa davam etdiyim zaman Sərxan mənə çatdı. Əlində olan bıçaqla mənim sağ qasıq nahiyəmə bir dəfə zərbə endirdi. Həmin nahiyəmdən qan gəldiyini gördüm və qorxduğum üçün evə getdim. Evdə olan xalası oğlum dərhal Təcili Tibbi Yardıma zəng vuraraq, evə çağırdı. Təcili Tibbi Yardımın əməkdaşları gəldikdən sonra məni xəstəxanaya götürdülər. Xəstəxanada yaramı leykoplastırla bağladılar. Məni sərbəst evə buraxdılar. Lakin 3-4 gündən sonra yarada çirk əmələ gəldiyindən məni yenidən xəstəxanaya götürdülər və orada məni əməliyyat etdilər”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 6 il müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri