Icma.az
close
up
RU
Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qıza neylədi?

Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qıza neylədi?

Manset-dan alınan məlumatlara görə, Icma.az xəbər verir Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qıza neylədi?.

Xuliqanlıqda təqsirləndirilən Elşad Bəşirovun (şərti) cinayət işi üzrə istintaq yekunlaşıb.

Manset.az Pravda.az-a istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Bəşirov üç ay müddətinə azadlıqdan məhrum edilib və iclas zalında həbs olunub.

İttihama görə, hadisə bu il Nizami rayonu ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Elşad Bəşirov sərxoş halda olarkən orada ofisiant işləyən zərərçəkmiş Aylin Quliyevaya (şərti) onunla birlikdə masaya əyləşməsini təklif edib. Lakin qızdan rədd cavabı alıb. Bu zaman təqsirləndirilən şəxs Aylinə qarşı zor tətbiq edib, baş nahiyəsinə bir dəfə yumruqla vurub.

Hadisədən sonra Elşad Bəşirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.manset.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri