Icma.az
close
up
RU
Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu

Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu

Icma.az, Pravd.az-dan verilən məlumata əsaslanaraq, xəbər verir Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu.

Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elşad Bəşirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.


İttihama görə, hadisə bu il Nizami rayonu ərazisində yerləşən “Vasmoy” adlı kafedə qeydə alınıb.


Belə ki, 1978-ci il təvəllüdlü Elşad Bəşirov sərxoş halda olarkən orada ofisiant işləyən zərərçəkmiş Aylin Quliyevaya (şərti) onunla birlikdə masada əyləşməsi təklifini edib. Lakin qızdan rədd cavabı alıb. Bu zaman təqsirləndirilən şəxs Aylinə qarşı zor tətbiq edib baş nahiyəsinə qəsdən bir dəfə yumruqla vurub.


Hadisədən sonra Elşad Bəşirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri