“Münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakı Prosesi xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyası çərçivəsində “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” adlı müzakirədə bildirib.
“Qırğız Respublikası ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri bu əməkdaşlığın parlaq nümunəsidir. Qırğız Respublikası gənclər arasında mübadilənin genişləndirilməsinə və süni intellektin imkanlarından istifadəyə açıqdır. Sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin qorunması və daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.
Nazir bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında liderlərin rolu mühüm əhəmiyyətə malikdir: “Bu gün dünya qarşısında ümumi vəzifə dialoq və tərəfdaşlıqdan konkret birgə fəaliyyətə keçməkdir. Qloballaşma, dezinformasiyanın yayılması və süni intellektin inkişafı şəraitində mədəniyyət etimadın və qarşılıqlı hörmətin əsası kimi xüsusi əhəmiyyət kəsb edir”.
Lamiyə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















