Bakıda 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib.
Bu barədə 525.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, müsabiqənin nəticəsinə əsasən, artıq yeni daşıyıcı ("BakuBus") xəttin istismarını həyata keçirir.
Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Mart 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















