Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Oktyabrın 14-dən Binəqədi qəsəbəsi ilə “Memar Əcəmi” metrostansiyasını əlaqələndirən 92 nömrəli marşrut xəttində 14 yeni avtobus sərnişinlərin xidmətinə veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtın Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə birləşdirən 92 nömrəli marşrut üzrə avtobus parkı yenilənir.
Marşrut xəttində istismar olunan avtobusların bir qismi cari ilin aprel ayında yenilənib. Hazırda daşıyıcı şirkət tərəfindən yeni nəqliyyat vasitələri gətirilərək xəttə əlavə olunur.
Oktyabrın 14-dən etibarən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilmiş avtobus fəaliyyət göstərəcək.
Yeni avtobuslarda gedişhaqqının ödənilməsi nağdsız qaydada həyata keçiriləcək. Marşrut üzrə gedişhaqqı 60 qəpik müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların rahatlığının təmin edilməsi, eləcə də keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) diqqət mərkəzində saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 13 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















