Icma.az
close
up
RU
Bakıda 70 yaşlı qadın qızını taxta parçası ilə döydü

Bakıda 70 yaşlı qadın qızını taxta parçası ilə döydü

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Suraxanı rayonunda ana və qızı arasında yaşanan mübahisə cinayətə səbəb olub. 
Demokrat.az-ın  əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyunun 8-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində baş verib. 
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Almaz Hüseynova həmin gün saat 9 radələrində onunla birgə yaşayan qızı Xumarın (ad-soyad şərtidir – red.) mətbəx əşyalarını tulladığına görə ona etiraz edib.  A. Hüseynovanın qızına irad tutması səbəbindən şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib. 
Münaqişə zamanı taxta parçası ilə qəsdən müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq qızına müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən A. Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qızı ilə birlikdə yaşayır: “Təxminən 18 il müddətdir ki, Xumar ilə mübahisəli vəziyyətdə yaşayırıq. Xumar bu müddət ərzində bir neçə dəfə əsassız olaraq mənimlə mübahisə edib, barəmdə polisə əsassız şikayətlər edib. O, bir dəfə özünə xəsarət də yetirib”.
Müttəhim qadının sözlərinə görə, 2019-cu ilin sentyabr ayında Xumarın  bu hərəkətlərinə görə Suraxanı rayon icra hakimiyyətindən mühafizə orderi də alıb: “Hazırki şikayətlə bağlı isə 2023-cü ildə mübahisə olmayıb. Xumar həmin şikayətində bildirib ki, onu evin mətbəxində taxta parçası ilə döymüşəm. Həmin tarixdə mübahisə olmayıb, onu heç vaxt döyməmişəm. Mən 3 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm. Bu müddətdə iki dəfə onkoloji əməliyyat olunmuşam. Xumar yaşadığımız evdə dözülməz şərait yaradıb. Buna görə yay aylarında və iki dəfə əməliyyat olunandan sonra digər qohumlarımın evində yaşamışam”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ərinə qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən A. Hüseynovanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri