Icma.az
close
up
RU
Bolqarıstanda yeni prezident: Bakı Sofiya münasibətlərini nə gözləyir?

Bolqarıstanda yeni prezident: Bakı Sofiya münasibətlərini nə gözləyir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bolqarıstanda prezident seçkilərinin nəticələri məlum olub. Bolqarıstanın müvəqqəti Prezidenti İliana Yotova prezident seçkilərinin ikinci turunda səslərin 57,6 faizini toplayaraq qalib gəlib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,68 faizinin hesablanmasından sonra məlumat yayıb. Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev rəqibləri Andrey Gyurov və Georgi Kandevi qabaqlayıblar. Sonuncular səslərin 39,3 faizini əldə ediblər.

Beləliklə, İliana Yotova Bolqarıstan tarixində seçkilər yolu ilə dövlət başçısı seçilən ilk qadın olub.

Xatırladaq ki, İliyana Yotova mayın 17-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Maraqlıdır, onun prezidentliyi dövründə Azərbaycan-Bolqarıstan münasibətlərini nə gözləyir?

Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Bolqarıstan arasında normal münasibətlər mövcuddur.

Onun sözlərinə görə, Azərbaycan Bolqarıstanın enerji təminatında iştirak edir. Xüsusilə Azərbaycan qazı Avropadakı interkonnektorlar vasitəsilə Bolqarıstana da nəql olunur.

"Bolqarıstan Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycandan qaz alan dövlətlərdən biridir".

O.Qasımov bildirib ki, ənənəvi olaraq Azərbaycanla Bolqarıstan arasında normal münasibətlər formalaşıb və qarşılıqlı səfərlər həyata keçirilib:

Politoloq: Azərbaycan Bolqarıstanın enerji təminatında iştirak edir

"Bu baxımdan, Bolqarıstan prezidentlərinin və baş nazirlərinin Azərbaycana səfərlərini də xatırlamaq olar".

Politoloqun fikrincə, yeni prezidentin dövründə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra əsası qoyulmuş siyasi münasibətlər sistemi davam etdiriləcək:

“Dövrümüzün çağırışlarına uyğun olaraq bu münasibətlərin daha da inkişaf etdirilməsi zərurəti var. Azərbaycanla Bolqarıstan arasında ciddi fikir ayrılıqları və toqquşan maraqlar olmadığı üçün əlaqələrin sabit şəkildə inkişaf edəcəyini düşünürəm”.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri