Icma.az
close
up
RU
Bakıda “ağıllı svetoforlar” dövrü: Tıxac problemi həll oluna bilərmi? AÇIQLAMA

Bakıda “ağıllı svetoforlar” dövrü: Tıxac problemi həll oluna bilərmi? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, ağıllı radarlar adaptiv sistem kimi çalışır və bu, nəqliyyatın intellektual idarəetmə sisteminin əsas şərtlərindən biridir:

"Yəni biz uzun müddətdir Azərbaycanda nəqliyyatın intellektual idarəetmə mərkəzi qurmuşuq və onun effektiv fəaliyyətini gözləyirik. Təəssüf ki, əvvəlki qurumlar, keçmiş Nəqliyyat Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi bunu səmərəli şəkildə istifadə edə bilmədi. Amma bu gün Daxili İşlər Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır və nəticə etibarilə düşünürük ki, bu cür intellektual idarəetmə sistemi sıxlığın və tıxacın qarşısını almaq üçün əlverişli imkanlar yaradacaq. Çünki bu, öz-özlüyündə çox vacib bir elementdir. Deyək ki, günün müəyyən saatlarında hansısa istiqamətdən avtomobil axını çoxalır, amma svetafor axın olmayan ərazinin üstünlüyünü təşkil edir. Bu adaptiv sistem üzərində çalışan svetaforlar isə bu vəziyyəti dərhal nəzərə alır və mərkəzə informasiya ötürməklə prosesi tam fərqli şəkildə tənzimləyə bilir. Yəni harada, hansı istiqamətdə daha çox nəqliyyat varsa, həmin istiqaməti yaşıla daha çox çevirir ki, avtomobil axını tənzimlənsin".

Müsahibimiz əlavə etdi ki, bu, hələlik test rejimində qurulan bir sistemdir:

"Amma ümid edirəm ki, yaxın vaxtlarda onun yaxşı nəticələrini görəcəyik, eşidəcəyik və faydalanacağıq. Hazırkı dönəmdə mən ümid edirəm ki, səmərəli istifadə etməklə ondan geniş şəkildə yararlanmaq olar. Tıxac və sıxlıq məsələsi hamını narahat edən bir problemdir və bunun necə həll olunması mövzusu da ayrıca bir məsələdir. Uzun müddət icra olunan layihələr səmərəsiz qalıb və bu gün inamsız bir mühit formalaşıb. İnsanlar elə bilirlər ki, Bakının tıxac problemini heç vaxt həll etmək mümkün olmayacaq. Amma bu cür ağıllı sistemlərlə bunu həll etmək olar. Nəticə etibarilə hər svetaforun yanına, hər yol ayrıcına bir nizamlayıcı qismində polis əməkdaşı qoymağa ehtiyac qalmayacaq. Yəni harda sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş göndərmək lazım deyil ki, getsin tənzimləsin və sürücülər yolayrıcını keçmə qaydalarını pozmasın. Ümumilikdə, bu yanaşma mənə elə gəlir ki, yaxşı nəticə verəcək".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri