Bakıda AİLƏ DRAMI: Paltarını özü yuyan kişi arvadını döydü
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Əfrail Rzayev (soyad şərtidir - red.) həyat yoldaşı ilə aralarında tez-tez mübahisə yarandığından bir evdə ayrı yaşamağa başlayıblar. Kişi yeməyini özü bişirib, paltarlarını da özü yuyurmuş.
Bir müddət əvvəl cütlüyün qızı taksi ilə onlara qonaq gəlib və anasının yaşadığı otağa daxil olub. Əfrail qızının axşam vaxtı taksi ilə gəlməsinə irad bildirib. Bu vaxt həyat yoldaşı onun qarşısına çıxaraq mübahisə edib. Qalmaqal zamanı ər həyat yoldaşına yumruq və təpiklə zərbələr endirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və Ə.Rzayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 26 Sentyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















