Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı
Pravda.az-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı.
Bakıda aktrisanın şikayəti əsasında xanım bəstəkar-prodüser saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş bəstəkar-prodüser Ləman A. adlı xanıma Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Ləman A.-ya cinayət işi aktrisa Nurəngiz Quliyevanın şikayəti əsasında açılıb.
Belə ki, Ləman zərərçəkmiş qadınını 5 min manata Bakı şəhərində fəaliyyət göstərən teatrların birinə aktrisa vəzifəsinə işə düzəldəcəyinə dair vəd verib. Nurəngiz Quliyeva ona 2 min manat verib və qalan 3 min manatı işə düzəldikdən sonra ödəyəcəyini deyib.
Üzərindən xeyli müddət keçdikdən sonra teatra işə düzəlməyən Nurəngiz Quliyeva təqsirləndirilən xanımdan 2 min manatını tələb edib.
Məhkəmənin qərarı ilə Ləman A.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs qarşısında Sumqayıtda yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək tələbi qoyulub.
