Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Xüsusi təyinatlı şəhidimiz: Görərsiz, mən şəhid olandan sonra Qarabağ alınacaq...

Xüsusi təyinatlı şəhidimiz: Görərsiz, mən şəhid olandan sonra Qarabağ alınacaq...

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1992-ci ildə Şirvan şəhərində doğulur...

1998/2009-cu illərdə Şirvan şəhər 11 saylı orta məktəbdə təhsil alır...

2010-cu ildə həqiqi hərbi xidmətə yola düşür...

2010-cu ildə hərbi xidməti zamanı XTQ kursuna yazılır...

XTQ kursunu uğurla başa vurub, N saylı hərbi hissədə xidmətə başlayır...

Türkiyə və Gürcüstanda xüsusi təyinatlılar kurslarına qatılır və kursları uğurla başa vurur...

2018-ci ildə Türkiyədə keçirilən "EFES-2018" Çoxmillətli Ortaq Xüsusi Təyinatlı Qüvvələr yığma komandasında uğurla iştirak edir...

Aprel döyüşlərində fəal iştirak edən, Vətən Müharibəsində Hadrut istiqamətində 15 nəfərlik dəstə ilə düşmənin 1500 nəfərlik dəstəsinə qarşı döyüşən, Murov yüksəkliyi, Hadrut, Kəlbəcər və Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəsadət və cəsarətlə döyüşən, yaralandığı halda döyüş meydanını son ana qədər tərk etməyən, Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin giziri Namiq Xəlilov!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü və 2-ci dərəcəli medalla, "Vətən uğrunda", "Şücaətə görə", medalları, "Azərbaycan Ordusunun 100 illiyi", "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalları, o cümlədən, "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Qeyd edim ki, Namiq Xəlilovun toy günü Aprel döyüşləri vaxtına təsadüf edir. Lakin döyüşlərin qəfil başlaması səbəbindən toy təxirə salınır. Döyüş vaxtı komandiri, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev onu çox irəli getməyə qoymur:"Sənin toyun olacaq. Sən yaşamalısan" deyir.

İgidimizin anası Təzəgül xanım deyir ki, "Mən mələk gətiribmişəm dünyaya xəbərim yoxmuş. Namiq mələk kimi oğul idi. Uşaqlığında hamıya ürəyi yanan, səmimiyyəti, alicənablığı ilə seçiıən oğul olub. Bizi heç incitmədi oğlum. Oxuyan uşaq idi. Dəcəlliyi yox idi. Müəllimləri də həmişə ondan razılıq edirdilər. Futbola böyük marağı var idi. Məşqlərə gedirdi. Dəfələrlə yarışlara gediblər komanda şəklində, həmişə də qalib qayıdırdılar. Düzü hərbçi olmağına könlüm razı deyildi. Qorxurdum ki ona nəsə olar. Anayam axı, narahat olurdum. O isə fikrində qəti idi. Elə hərbi xidmət zamanı XTQ kursuna yazılmışdı və uğurla keçmişdi. Çox sevinirdi XTQ mənsubu olmağına. İşində çox ciddi idi. Evdə söz danışmazdı. İşi ilə bağlı heç nə danışmırdı. Aprel döyüşlərindən sonra nə qədər xahiş etsəm də çıxmadı işdən. Dedi "ana, nə danışırsan? Mənim qardaş dediyim dostlarım şəhid olub. Mən onların intiqamını almalıyam". Toy etmək istəmirdi. Dedi "qardaşlarım şəhid olub, nə toy?!". Amma hərbi hissədə komandanlıq demişdi, kimin toyu danışılıb, eləsin. Mayın 7-də toyu oldu. Öz toyunda da dostlarını xatırladı. Meyxanaçılardan xahiş etdi ki, Aprel döyüşləri qəhrəmanlarına bədiyyə desinlər. Onlarda ifa etdilər, sağ olsunlar. Əvvəllər Namiqi itirmək qorxusundan hərbi peşədən uzaq qalmağını istəsəm də, indi oğlumla qürur duyuram. Mən onu oğul kimi tanıyırdım. Seçdiyi peşə onu mənə qəhrəman kimi tanıtdı. O mənim fəxrimdir!"

"Prezident televiziyadan Füzulinin azad olunması xəbərini verəndə bu xəbəri anama çatdırmaq üçün gedib, Namiqin şəhidlik xəbərini aldım" deyən xanımı igidimizin ailəsinə, övladlarına bağlı ailəcanlı biri olduğunu deyir. "Mənə Namiq haqqında döyüş yoldaşları demişdi ki, "Namiqlə qürur duy. Çünki, sən sıradan bir hərbçinin xanımı deyilsən". İgidimizin iki əmanətini böyüdən bu gənc xanımın mərdliyinə heyran qalmamaq olmur: "Namiq mənim qürur yerimdir, fəxr yerimdir. Onu hər xatırlayanda gözlərim dolur. Acıdan, kədərdən yox, qürurdan dolur gözlərim. Mən Namiq kimi bir igidin xanımıyam, dik durmalıyam" deyir Aytəkin xanım...

Belə mərd anaların dünyaya gətirdiyi oğulların, belə mərd xanımları sevib seçən igidlərin yolu mütləq müharibədən keçməliydi məncə... Onlar elə qəhrəman olmalıydılar! Onların başqa bir seçimi olmamalıydı, ola bilməzdi deyə düşünürəm...

"Görərsiz, mən şəhid olandan sonra Qarabağ alınacaq" deyib, şirin canından Qarabağ üçün, vətən üçün keçən igidim! Artıq sən təkcə ailənin yox, bütün Azərbaycanın qürur yeri, and yeri, fəxrisən! Əziz ruhun qarşısında baş əyirəm qəhrəman qardaşım mənim!

Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun Vətənin qəhrəman oğlu! Səni heç vaxt unutmayacağlq!

Sevinc Bəhmənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri