Bakıda alverçi qəsdən qadının maşınının təkərini deşdi
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda qardaşlar arasında yaranan münaqişə maraqlı hadisə ilə nəticələnib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə İ.Talıblı küçəsində yaşayan Şakir Məmmədovun şikayəti daxil olub. O, qardaşının məsuliyyətə cəlb olunmasını istəyib.
Şakir Məmmədovun həyat yoldaşı və qayınatası da polisə müraciət edərək Tural Məmmədovun ailədə tez-tez münaqişə yaratdığını bildiriblər. Onların sözlərinə görə, Tural sonuncu dəfə qardaşının həyat yoldaşına məxsus avtomobilin təkərlərini bıçaqla kəsib.
Hadisə ilə bağlı Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü Tural Məmmədov avtomobilin təkərlərinə zərər vurduğunu etiraf edib. O bildirib ki, 2022-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olan şirkət yaradıb və adına çoxlu nəqliyyat vasitəsi rəsmiləşdirilməsin deyə bəzi avtomobilləri qohumlarının adına keçirib.
Tural Məmmədovun sözlərinə görə, təxminən bir ay əvvəl qardaşından həmin avtomobili geri istəyib. Qardaşı isə maşını satdığını deyib. Bundan əsəbiləşən Tural qardaşının həyat yoldaşına məxsus avtomobilin təkərlərini deşib.
O, məhkəmədə hərəkətindən peşman olduğunu bildirərək zərər çəkmiş tərəfin avtomobilinin təkərlərini yeniləyəcəyini deyib.
Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmadığını müəyyən edib və iş üzrə icraata xitam verib.(qafqazinfo)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakı sakininin maşınının təkərini deşdi, həbs olundu
22 Noyabr 2024 15:13
Bakıda qəribə OLAY: Maşının təkərini deşdi, ona irad bildirəni isə bıçaqladı
09 Sentyabr 2026 09:48
Müğənni Cananın 220 min manatlıq maşınının təkərini bıçaqlayıblar Qazanırıq
24 İyul 2025 13:52
Bakıda kuryer motosikletin ön təkərini qaldırıb “şou” göstərdi VİDEO
02 Noyabr 2026 19:38
Bakıda şok olay: maşınının yerini unutdu, polisə...
12 Aprel 2025 20:03
Baxış sayı:142
Bu xəbər 05 Sentyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları