Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə "Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası" mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su sektorunda itkilərin azaldılması və islahatlar çərçivəsində görülmüş işlərdən, eləcə də iqlim dəyişikliyinin yaratdığı təzyiqlərə qarşı mübarizə istiqamətlərindən danışıb.
Albaniyanın Baş nazirinin müavini xanım Belinda Balluku, Rumıniyanın energetika naziri Sebastian Burduja və Dünya Bankının vitse-prezidenti Juergen Voegele COP29 tədbirinin Azərbaycanda təşkil edilməsini yüksək qiymətləndirdiklərini qeyd etməklə yanaşı, yaxın gələcəkdə həyata keçirilmiş yaşıl enerji layihələri barədə də məlumat veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















