Icma.az
close
up
RU
Bakıda “Artıq ikili standartlar yoxdur: QHT lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

Bakıda “Artıq ikili standartlar yoxdur: QHT lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum aprelin 29-da işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı Katibliyinin rəhbəri Leyla Həsənova və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairinin moderatorluğu ilə keçirilən paneldə “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb.

Paneldə çıxış edən İqlim Fəaliyyətləri üçün Liberiya Gəncləri səfiri Ezekiel Nyanfor ikili standartların aradan qaldırılması və ədalətli inkişaf baxımından Forumun körpü rolunu oynadığını bildirərək deyib: “Cənub və Şimal coğrafiyalarının öz problemlərini bölüşmələri üçün buranın ideal platforma olduğunu düşünürəm. Hər iki tərəf ikili standartlardan uzaqlaşmalıdır”.

Bəhreynin Birgə Yaşayış Proqramı üzrə Baş jurnalisti Fatima Al Najem qeyd edib ki, Azərbaycan Qlobal Cənubun səsini dünyaya çatdırmaq üçün çox önəmli platforma yaradıb. Bu təşəbbüs yalnız siyasi və diplomatik əhəmiyyət daşımır, bu, eyni zamanda, QHT-lərin öz aralarında dialoq qurmaları, təcrübə bölüşmələri və birgə fəaliyyət göstərmələri üçün dəyərli məkandır. Bu platforma bizi birləşdirən, bizi gücləndirən yoldur.

Serbiyanın İnsan Hüquqları Uğrunda Gənclər Təşəbbüsünün hüquq müdafiəçisi Petkoviç İsidora beynəlxalq münasibətlərdə ikili standartların artıq adi hal aldığını vurğulayıb. Onun sözlərinə görə, insan haqları, iqlim ədaləti, inkişaf hüququ kimi anlayışlar bəzi ölkələr üçün prinsip, digərləri üçün isə, sadəcə, vasitə kimi istifadə olunur: “İkili standartlar bizə deyir ki, bəzi ölkələrin suverenliyi vacibdir, digərlərininki yox. Bəzi xalqların ağrısı görünməyə dəyərdir, digərlərinki isə statistikadır”.

Belarus Gənclər Təşkilatları Komitəsinin sədri Pavel Alekso gəncləri gələcəyin qurucuları kimi dəyərləndirib. O qeyd edib: “Belarus gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bizim gənclərimiz bir çox təşəbbüslərdə fəal iştirak ediblər. Bu da göstərir ki, gənclər sərhəd tanımırlar. Onların potensialı beynəlxalq əməkdaşlıq vasitəsilə daha da güclənir”.

Cibutinin "Bab Et Mandeb" Assosiasiyasının nümayəndəsi Abdira Gueh Ragueh yoxsul ölkələrin inkişaf etmələri üçün maliyyə dəstəyinin vacibliyini qeyd edib. Deyib ki, əsl dəyişiklik, əsl davamlı inkişaf yerli səviyyədə, xalqın içindən çıxan həll yolları ilə baş verir. İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yanaşmalardan biri lokal resurslardan istifadə, yerli biliklərə və təcrübəyə əsaslanmaqdır. Çünki hər bir cəmiyyətin özünəməxsus şəraiti və ehtiyacları var. Məhz buna görə problemlərin həllini yalnız kənardan gözləməməli, eyni zamanda, öz içimizdən, öz icmalarımızdan gələn həlləri gücləndirməliyik.

Niger Milli Gənclər Şurasının nümayəndəsi Aliou Omarou qeyd edib ki, münaqişələr, çətinliklər ən çox yerli əhaliyə təsir edir. “Mənim ölkəmin olduğu bölgə - Sahel və Qərbi Afrika iqlim dəyişikliyindən ən çox əziyyət çəkən coğrafiyalardan biridir. Amma Qərb ölkələri bu vəziyyətə, sadəcə, baxmaqla kifayətlənirlər. Bizim torpaqlarımız qızıl, uran, neft, qaz və digər təbii ehtiyatlarla zəngindir. Ancaq bu sərvətlər bizə firavanlıq yox, istismar gətirib. Resurslarımız gizli şəkildə illərlə Qərb ölkələri tərəfindən istismar olunub. Bu istismar fəaliyyəti yalnız iqtisadiyyata deyil, həm də iqlimə böyük ziyan vurub. Daha acınacaqlı hal odur ki, Azərbaycan kimi ölkələr bizə yardım etmək istədikdə, “qarışmayın” deyirlər. Çünki bu yardım onların maraqlarına ziddir”, - deyə o bildirib.

Panel iclası müzakirələrlə davam etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri